“Ölüm şəhəri”ndə dəhşətli mənzərə: Küçədə ölürlər, heç kim yaxınlaşmır... - Foto

1-02-2020, 10:25           
“Ölüm şəhəri”ndə dəhşətli mənzərə: Küçədə ölürlər, heç kim yaxınlaşmır... - Foto
İndi Çinin Vuhan şəhərini dünyanın hər yerində tanıyırlar. Ruhlar şəhərindən yayılmağa başlayan koronavirus zamanla planeti daha çox qorxudur.

Teref.az xəbər verir ki, Vuhan şəhərində vahiməli, elə bu qədər də kədərli hadisələr baş verir. Qərb fotoqraflarının çəkdiyi şəkillərdə insanların küçədə yerə yıxılandan sonra heç kimin həmin şəxslərə yaxınlaşmadığı görünür. Hamı virusa yoluxmaqdan qorxur.

Son yayılan fotoda böyük ehtimalla koronavirusun axırıncı qurbanı gözə dəyir. Maskalı insan küçənin ortasında yerə yıxılıb. Onun yanından piyada, velosipedlə adamlar keçir. Amma heç kim yaxınlaşmağa cürət etmir.

Ümumiyyətlə, Vuhanda epidemiyanın nəyə qadir olduğunu çox yaxşı anlayırlar. Kimsə yerə yıxılıbsa, deməli, söhbət həmin şəxsin canını tapşırmasından gedir.

Vuhanda ilk dəfə koronavirus keçən ilin dekabrın 12-də qeydə alınmışdı. Son məlumata görə, virusa yoluxanların sayı 10 min nəfəri keçib, 213 çinli həyatını itirib. /Bizimyol.info













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru