DeFacto və Terranova müştəriləri qəzəbləndirdi – paltarlara vurulan maqnitlər zədələyir

Bu gün, 15:42           
DeFacto və Terranova müştəriləri qəzəbləndirdi –
DeFacto və Terranova mağazalarından alış-veriş edən vətəndaş şikayətini ictimailəşdirib.

32gun.az xəbər verir ki, Onun sözlərinə görə, mağazalarda paltarlara vurulan maqnit təhlükəsizlik çipləri uyğunsuz yerlərə sancıldığına görə məhsullarda yırtıq əmələ gəlir:

“Artıq bir neçə paltarda bunu aşkar etmişəm. Təəssüf ki, mən evə paltarı gətirən kimi yuyuram, ona görə etiketi kəsəndən sonra zədəni görmüşəm. Maqnit sanki qəsrlə qapı açırmış kimi çıxarılır və paltar deşilir. Bunu ya iç etiketə sancın, ya da daha münasib hissəyə. Biz niyə defektli paltara pul verməliyik?” – şikayətçi qeyd edib.

Alıcı bildirir ki, mağazaların məsuliyyətsiz yanaşması səbəbindən yeni aldığı geyimlər istifadəsiz hala düşür və heç kim məsuliyyət daşımır.

Hazırda müştərilər mağazalardan məsələ ilə bağlı açıqlama və problemin həllini gözləyir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru