DÇ-2026 seçmə mərhələsinə start verilir: Gürcüstan millisi Türkiyə seçməsi ilə üz-üzə

Bu gün, 12:38           
DÇ-2026 seçmə mərhələsinə start verilir: Gürcüstan millisi Türkiyə seçməsi ilə üz-üzə
Bu gün Dünya Çempionatı 2026-nın seçmə mərhələsinə start veriləcək.

Oxu.Az-ın xəbərinə görə, ilk oyun günündə səkkiz matç keçiriləcək.

Qazaxıstan Uelslə, Gürcüstan Türkiyə ilə, Latviya Malta ilə, Bolqarıstan İspaniya ilə, Lixtenşteyn Belçika ilə, Lüksemburq Şimali İrlandiya ilə, Niderland Polşa ilə, Slovakiya isə Almaniya ilə üz-üzə gələcək.

Qeyd edək ki, DÇ-2026-da mübarizə aparacaq Azərbaycan millisi ilk oyununa sentyabrın 5-də səfərdə İslandiya ilə matçda çıxacaq.

4 sentyabr

Dünya Çempionatı seçmə mərhələsi

I tur

Saat 18:00, Qazaxıstan - Uels;

Saat 20:00, Gürcüstan - Türkiyə;

Saat 20:00, Latviya - Malta;

Saat 22:45, Bolqarıstan - İspaniya;

Saat 22:45, Lixtenşteyn - Belçika;

Saat 22:45, Lüksemburq - Şimali İrlandiya;

Saat 22:45, Niderland - Polşa;

Saat 22:45, Slovakiya - Almaniya.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru