Demoqrafik çöküş Yunanıstanda təhsili iflic etdi: 700-dən çox təhsil ocağı bağlanır
Bu gün, 15:14
Yunanıstanda uzunmüddətli demoqrafik böhran səbəbindən 700-dən çox məktəbin bağlanması gözlənilir.
Sherg.az yunan mətbuatına istinadən xəbər verir ki, Avropa İttifaqında ən aşağı doğum göstəricilərindən birinə sahib olan Yunanıstanda hər qadına orta hesabla 1,3 uşaq düşür. Bu rəqəm əhalinin özünü bərpa səviyyəsi sayılan 2,1-dən xeyli aşağıdır.
Ölkədə əhali sürətlə qocalır, gənclər isə kütləvi şəkildə ölkəni tərk edirlər.
2025–2026-cı tədris ilində şagird sayı minimum 15 nəfərdən az olduğu üçün ümumilikdə, 721 məktəb fəaliyyətini dayandıracaq.