Deputat olmaq istəyən İcra başçısı kimdir? - 53 yaşında məzun olub - FOTOLAR

1-02-2020, 17:07           
Deputat olmaq istəyən İcra başçısı kimdir? - 53 yaşında məzun olub - FOTOLAR
8 gündən sonra - fevral ayının 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək deputatlığa namizədlər arasında yüksək vəzifə sahibi olan məmurlar da var.
Yeniavaz.com xəbər verir ki, yüksək vəzifə sahibi olan namizədlərdən biri də Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədovdur.
Aqil Məmmədovun namizədliyi hakim Yeni Azərbaycan Partiyası tərəfindən 123 saylı Kəlbəcər Seçki Dairəsindən irəli sürülüb. 4 mart 2013-cü il tarixdən Kəlbəcər rayon İcra hakimiyyəti başçısı vəzifəsində işləyən Aqil Məmmədov daha əvvəl Kəlbəcər rayon İcra hakimiyyəti başçısının I müavini vəzifəsində çalışıb.
Qeyd edək ki, Aqil Məmmədov 1960-cı ildə Kəlbəcər rayonu Ağdaban kəndində anadan olub. 1987-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitunu bitirib. Uzun illər keçmiş Xanlar (hazırki Göygöl) rayonunda Həmkarlar İttifaqı, Könüllü Bədən Tərbiyəsi və İdman Cəmiyyətinin sədri, Göygöl rayon İdman idarəsinin rəisi, Göygöl rayonu "Məhsul" İdman Cəmiyyətində məşqçi müəllim, Göygöl şəhər 2 saylı tam orta məktəbində müəllim işləyib.
Aqil Məmmədov 53 yaşında ikinci ali təhsil alıb. İcra başçısı təyin olunmazdan bir il əvvəl - 2012-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasından məzun olub.















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.