Aləvi canları - Azəri bəyləridirlər

3-02-2020, 05:08           
Aləvi canları - Azəri bəyləridirlər
Teref.az: "Can" rəmzi sufi-batin elmində ən qədim rəmz olan gün/ğan/kün və s. bənzər rəmzlərlə eyni mənalıdır. Batinilərdə bu rəmzlər ilk yaradılmış İlahi varlıqları, yəni Şərqdən gəlib Babil qülləsinin tikən Assur teurqlarını (Azəri türkləri) bildirirdi. Mənbələrdə bu türk ərənləri - mar, əmirlər nəsli kimi də qeyd olunurlar. Bizim bəktaşilər kimi tanıdığımız bu atəş bəgləri öz köklərini, ən qədim mənbələrdə Şərq adlanan Albaniyadan götürür. Onlar İlahla, yəni İlahi Azər odu ilə vəhdətdə olduqları üçün ölməzlər nəsli sayılırdılar. Qədim Misir mənbələrində bu müqəddəslər nəsli - iki dünyanı bir bədəndə birləşdirən "Şəmsi Qor" nəsli adlandırılırdı ki, bunlar Misir Allahının Qor yolu ilə gedən pirlər (firon sözü) nəsli sayılırdı. Ərəblər Qor rəmzini Qərəə kimi qeyd etdilər və sufi ərənlərinin bu tərikə yolu Quran əhlinə aid edildi. Başqa sözlə, Canlar deyəndə, İslam müqəddəsləri olan Ərənlər (Hü-Ərənlər) nəsli nəzərdə tutulmalıdır ki, bunlar öləndə, ruhları birbaşa cənnətə düşürlər. Cənnət rəmzi də can rəmzindən yaranmışdır və canların ruhlarının burada ölümsüzlük qazanmaları mənasındadır.
Yazdıqlarımızdan belə çıxır ki, canlar - İlahi Azər odu daşıyan qədim Misirin ölümsüz Asar, yəni Osiris Allahının firon-pirlər nəslidir. Başqa sözlə, canlar Azəri bəy canlarıdır - Azərbaycandır. "Azəri, Azərbaycan nə deməkdir. Sirlər xəzinəsi" adlı məqalədə mən bu haqda geniş yazmışam (http://gilarbek.blogspot.com/2012/08/azri-azrbaycan-n-demkdir-sirlr-xzinsi.html?m=1).

Firudin Gilar Bəg












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.