“Çin koronavirusa qarşı ABŞ-ın kömək təklifini hələ də qəbul etməyib” –Trampın köməkçisi

3-02-2020, 00:05           
“Çin koronavirusa qarşı ABŞ-ın kömək təklifini hələ də qəbul etməyib” –Trampın köməkçisi
Rəsmi Vaşinqton yeni növ koronavirusun (2019-nCoV) səbəb olduğu pnevmoniyaya qarşı mübarizə aparmaq üçün Pekinə amerikalı mütəxəssislərin Çinə göndərilməsi təklifini etməkdə davam edir, lakin bununla bağlı hələ də razılıq cavabı alınmayıb.

Bunu ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Robert O’Brayen “CBS” televiziya kanalına müsahibəsində deyib.

“Çinə kömək təklifimiz hələ də qüvvədədir, biz Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzlərinin, eləcə də digər tibb və səhiyyə sahəsinin mütəxəssislərinin Çinə göndərilməsini təklif etdik. Bu təkliflərlə bağlı hələlik Çindən cavab almamışıq, lakin biz onlarla əməkdaşlığı davam etdirməyə hazırıq”, – Robert O’Brayen belə deyib.

O’Brayen, həmçinin qeyd edib ki, “hazırkı günə qədər Çin hakimiyyəti keçmiş böhranlar zamanı olduğundan daha səmimi şəkildə davranıblar”: “Biz bunu yüksək qiymətləndiririk”. /APA












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.