Əslən azərbaycanlı olduqlarını bilmədiyimiz məşhurlar - FOTOLAR

3-02-2020, 10:33           
Əslən azərbaycanlı olduqlarını bilmədiyimiz məşhurlar - FOTOLAR
Dünyaca məşhur, lakin əslən azərbaycanlı olduğunu bilmədiyimiz məşhurlar az deyil.

Modern.az onların siyahısını təqdim edir:

Məhəmməd Rza Pəhləvi - İranın sonuncu şahının da bir tərəfi Azərbaycan türklərindəndir. O, 1941-1979-cu illərdə İranın hökmdarı olub. Qərbyönümlü siyasət yürüdən Rza şah, həm də İranın sonuncu monarxı sayılır.

“Şahənşah” (“Şahların şahı”) və “Sayeh-eh Hodah” (“Allahın yerdəki kölgəsi”) kimi hökmdarlıq adları olub.

Ayətullah Əli Xamneyi - İranın hazırkı ali dini lideri də əslən Azərbaycan türklərindəndir. Ayrı-ayrı mənbələr tez-tez İran və Güney Azərbaycanda yaşayan türklər qarşısında türk dilində çıxış edən Xamneyinin azərbaycanlı olması ilə bağlı həmfikirdirlər.

Sami Yusif - Britaniyalı müğənni, bəstəkar, çalğıçı, İslam dinini təbliğ edən mahnıların ifaçısı. 1980-ci ildə Tehranda doğulub. Onun valideynləri etnik azərbaycanlılardır. Sami Yusif albomlarının satışına və “Youtube”da izləmə sayına görə dünyada ikincidir.

Cem Karaca -Türk rok musiqisinin banilərindən sayılan, musiqiçi, aktyor Cem Karaca da Azərbaycan əsillidir. Əslən Azərbaycandan olan atası, aktyor Mehmet Karacanın oğludur. 1945-ci ildə İstanbulda dünyaya gələn Cem Karaca 2004-cü ildə vəfat edib.

Türkan Şoray - Türk kino aləmində “Sultan” adlandırılan məşhur və sevilən aktrisa Türkan Şoray əslən Naxçıvanlıdır. 200-dən çox filmdə müxtəlif obrazları canlandıran Türkan Şoray dünyanın ən çox rol alan qadın aktrisasıdır.


Tuğba Ekinçi - Çoxumuzun “O şimdi asker” mahnısıyla tanıdığı, Qarsda doğulan müğənni Tuğba Ekinci də Azərbaycan əsillidir.

Timur Rodrigez - Əsil soyadı Kərimovdur. Rus şoumeni, müğənni və aparıcıdır. 1979-cu il oktyabrın 14-ü Permdə, kukla teatrın aktyoru olan azərbaycanlı Mikayıl Kərimov və tərcüməçi, alman dili müəllimi, yəhudi Zlata Yefimova nikahından dünyaya gəlib.

Rober Osseyn - Fransız teatr və kino aktyoru, rejissor, prodüser, “Marini” (Paris) teatrın rəhbəri. Ən böyük uğuru Ann və Serj Qolun Anjelika haqqında yazdığı romana çəkilən filmdə Joffreya de Peyrak rolu olub. 1927-ci ilin 30 dekabrında doğulub. Onun atası skripkaçı və bəstəkar Andre Osseyn (Aminulla Huseynov 1905-1983) azərbaycanlı, anası isə tacikdir. Osseyn Səmərqənd şəhərində doğulub.

Bahar Kian Əfşar - İran aktrisasıdır, Azərbaycanın məşhur əfşar tayfasındandır.

Sara Şah - Amerika aktrisası və fotomodelidir. Atası cənubi azərbaycanlıdır, anası isə İspaniyadandır.

Tamer Karadağlı - Türk istehsalı olan “Çocuklar duymasın” serialının baş rol ifaçısı da əslən azərbaycanlıdır.
Andrea Kərimli(Mantea) - Azərbaycan kökənli rumın modelidir.

Byanka Balti - Məşhur İtaliya modeli. Atası da məşhur İtaliya modelidir, anası isə Azərbaycanda doğulub.

Aylar Dianti Li - Norveçdə fotomodel və aktrisadır. Milləti Cənubi Azərbaycandandır.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru