Digər ölkələrdə siqaretlərin qiymətləri – SİYAHI

3-02-2020, 17:46           
Digər ölkələrdə siqaretlərin qiymətləri – SİYAHI
Azərbaycanda siqaretlərin bahalaşması əsas müzakirə mövzularından biridir.
Yenisabah.az xatırladır ki, bir neçə gün əvvəl siqaretlərin qiymətində 30 qəpik artım olub. Topdansatış məntəqələri qiymət artımını siqaretlər üçün nəzərdə tutulan lisenziyanın bahalaşması ilə əlaqələndirirlər.

Bəzi iddialara görə, bu, bahalaşmanın birinci dalğasıdır. Siqaretlərin qiymətində bundan sonra da artımın olcağı gözlənilir. Marketlərdə müştərilərə siqaretlərin limitlə satılması bu iddialara əsas verib.

Yenisabah.az dünya ölkələrində siqaretlərin qiyməti ilə bağlı araşdırma aparıb. İnternet üzərindən aparılan araşdırma nəticəsində bəlli olub ki, siqaretlərin ən baha satıldığı ölkə Avstraliyadır. Orada markasından asılı olmayaraq bir qutu siqaret 20.41 dollara satılır. Sonrakı ardıcıllıq belədir:

Yeni Zelandiya 18.60 dollar

Norveç 13,42 dollar

İrlandiya 13,42 dollar

Birləşmiş Krallıq 12,09 dollar

İslandiya 11,27 dollar

Kanada 10,55 dollar

Sinqapur – 10,35 dollar

İsrail – 9,97 dollar

Fransa – 9, 10 dollar

Türkiyə 3,23 dollar

Rusiya 2,13 dollar

Azərbaycanda sonuncu bahalaşmadan sonra siqaretlərin qiyməti 1.5 – 2 dollar civarındadır.

İnkişaf etmiş, o cümlədən siyahısını təqdim etdiyimiz ölkələrdə (Rusiya xaric) siqaretlərin baha satılması biznes maraqları ilə əlaqəli deyil. Burada məqsəd insanların siqaretdən istifadəsini minimuma endirməkdir. Digər tərəfdən bu ölkələrdə satılan siqaretlərlə Azərbaycanda istehlak olunan tütün məmulatları arasında keyfiyyət fərqi aşırı dərəcədədir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.