Bibiheybət yolununun tikintisi nə vaxt başa çatacaq? - Açıqlama

3-02-2020, 17:53           
Bibiheybət yolununun tikintisi nə vaxt başa çatacaq? - Açıqlama

“Ötən il sürüşmə qeydə alınan Bibiheybət yolundakı təmir-bərpa işləri bu ilin iyun ayınadək yekunlaşdırılacaq”.

Bunu Modern.az-ın sorğusuna cavab olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli bildirib.

A.Nəcəfli qeyd edib ki, yamacın aşağısında 2 cərgə olmaqla 1 metr diametrində svaylar vurulub:

“Artıq 6 metr hündürlüyündə istinad divarlarının inşaası aparılır. Bu işlər yekunlaşdıqdan sonra yamacın orta hissəsində analoji işlər aparılacaq. Bütün bunlardan sonra isə artıq yolun qalan zolaqlarının bərpası mümkün olacaq”.

Mətbuat katibinin sözlərinə görə, paralel olaraq yolda səth və qrunt sularının kənarlaşdırılması üçün yeni yağış-kanalizasiya sistemi yaradılır:

“Drenaj xətlər və dəmir-beton küvetlər inşa edilir ki, yamacda suyun yığılıb qalması nəticəsində ağırlaşmanın qarşısını almaq üçün vacib addımlardır. Bu o deməkdir ki, həmin drenaj vasitəsilə əraziyə yığılan suyun hamısı kənalaşdırılacaq. Bütün bunlar gələcəkdə ərazidə bu kimi hadisələrin baş verməməsi üçün hesablanıb. Layihəyə yerli mütəxəssislərlə bərabər, xaricilər də cəlb olunub”.

Qeyd edək ki, ötən ilin noyabrında ərazidə sürüşmə qeydə alınıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru