Bu qanunsuzluqlarla insanların pulu necə mənimsənilir? - “Onların özbaşınalıqları...”

4-02-2020, 20:50           
Bu qanunsuzluqlarla insanların pulu necə mənimsənilir? - “Onların özbaşınalıqları...”
Yeni tikililərin qurucuları sakinlərə maşınlarını binanın altındakı dayanacaqlarda park etməyə icazə vermirlər. Adətən park yerləri binadakı mənzillərdən daha az - 300 mənzil üçün təxminən 100 dayanacaq yeri olur. Tərtibatçılar hətta bu yerləri sakinlərə icarəyə belə vermir, yüksək qiymətlə satışa çıxarırlar. Bir maşın üçün dayanacağın qiyməti 15.000 AZN-dən başlayır.
Avtomobilləri bina altındakı dayanacaqlarda park etməyə icazə verilməməsi sakinləri yol kənarında park etməyə məcbur edir, bu da öz növbəsində nəqliyyatın hərəkətinə mane olur və pik saatlarda tıxacların yaranmasına səbəb olur.

Tərtibatçıların hərəkətləri nə dərəcədə qanunidir? Bu məsələyə necə nəzarət etmək olar?

Mövzu ilə əlaqədar daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlı ilə əlaqə saxladıq. “Yeni Sabah”a açıqlama verən R. Osmanlı bildirib ki, tikinti şirkətlərinin normalara riayət etməməsi bir çox problemlərə səbəb olur:

“Burda məsələyə iki cür yamaşma var. Söhbət konkret olaraq, binanın altındakı parklanma yerindən gedirsə, bu artıq layihələndirmədə bilavasitə qaraj sahəsi kimi nəzərdə tutulmalıdır. Elə binalar var ki, onların altındakı texniki mərtəbəni, yəni zirzəmi hissəsini tikinti şirkətinin rəhbəri bölüb və onu bu gün deyək ki, ya satır, ya da çox baha qiymətə sakinlərə icarəyə verir. Bu, qanunsuzdur. Çünki mənzil məcəlləsinin 35-ci maddəsi sahə mülkiyyətçisi ilə birgə ümumi əmlakının sərhədlərini müəyyənləşdirir. Bu əmlaklara daxildir: binanın pilləkən və pilləkən qəfəsləri, iki və daha artıq şəxsə xidmət edən bütün qurğular, avadanlıqlar, o cümlədən binanın həyətyanı sahəsi, dam örütüyü və nəhayət, texniki mərtəbəsi.

Əgər binanın işçi lahiyəsində bilavasitə qaraj sahəsi nəzərdə tutulubsa (texniki sahədən əlavə), həmin qaraj sahəsindən sahibkar özü istədiyi kimi istifadə bilər, sata bilər, icarəyə verə bilər. Əgər texniki mərtəbədirsə, onun şəxsi məqsədlər üçün istifadəsi qeyri-qanunidir. Bəzi hallarda hətta həyətyanı ərazidə maşınlar saxlandıqda tikinti şirkətləri sakinlərdən pul tələb edirlər. Bu da qanuna ziddir. Çox təssüflər olsun ki, hələ ki qanunvericilikdə bu məsələlərin tənzimlənməsi konkret olaraq, ona nəzarət edən qurumlarla bağlı iddialar yoxdur. Amma yaxın gələcəkdə ən azından mənzil idarəçiliyi ilə bağlı məsələlər tam həll olunduqdan sonra hesab edirəm ki, tikinti şirkətlərinin bu cür özbaşınalıqları tədricən aradan qalxacaq.

Dayanacaq yerləri ən azından bina sakinlərinin mənzillərinin sayına adekvat olmalıdır. Məsələn binada əgər 100 mənzil varsa, heç olmasa 80-90 dayanacaq olmalıdır. Yəni təqribən dayanacaqların sayı mənzillərin sayının 2/3-dən çox olmalıdır. Təəssüflər olsun ki, bəzi hallarda müıyyən normalar işləmədiyinə görə, tikinti şirkətləri normaları pozurlar. Tək bu deyil, bir çox normalar pozulur.

Prezident İlham Əliyev dədə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı ilə görürşündə bu məsəyə xüsusi olaraq toxundu. O qeyd etdi ki, sovet dövründəki kasetlərə qayıtmaq lazımdır. Yəni bu o deməkdir ki, sovet dövründə 1 hektar torpaq üzərində inşa olunan maksimal yaşayış sahəsinin ölçüsü 18 min kvadrat metri əhatə edirdi. Bundan artıq ola bilməzdi. Amma biz görürük ki, tutaq ki, tikintialtı sahəsi təqribən 2 min kvadrat olan ərazidə tikinti şirkəti iki dənə 16 mərtəbəli bina inşa etdirilib. Hər birinin sahəsi 14-15 min kvadrat metrdir. Belə normalara uymayan hallarla tez-tez rastlaşırıq”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.