Keçmiş deputat seçki məntəqəsində dava saldı - VİDEO

9-02-2020, 21:58           
Keçmiş deputat seçki məntəqəsində dava saldı - VİDEO
43 saylı Sumqayıt üçüncü seçki dairəsinin 25 saylı seçki məntəqəsində “Müsavat” Partiyasının namizədi, keçmiş deputat İkram İsrafil qalmaqal yaradıb.

“Yeni Sabah” xəbər verir ki, İ.İsrafilin həmin seçki məntəqəsində müşahidəçi olan qızı səsvermə kabinəsinin yanında dayanaraq seçiciləri atasına səs verməyə çağırıb.

Bu isə digər namizədləri təmsil edən müşahidəçilərin narazılığına səbəb olub və onlar həmin şəxsə bunun qanunsuz olduğunu bildiriblər. Lakin bu zaman qalmaqal baş verib və məntəqədə olan İ.İsrafil müşahidəçilərə hücum çəkib. Onları təhqir edən müxalifət təmsilçisi hətta vurmağa da cəhd göstərib.

Namizədin bu hərəkətinin qanunazidd olduğunu bildirən komissiya üzvləri onu səsvermənin gedişinə müdaxilə etməməyə çağırıblar.

Müşahidəçilər baş vermiş hadisəni aktlaşdırıb və bu barədə Dairə Seçki Komissiyasının sədrinə müraciət ediblər. Aktda bildirilib ki, İ.İsrafilin məşvərətçi səs hüquqlu müşahidəçisi Nərmin xanım seçki prosesinin gedişinə ciddi şəkildə müdaxilə edir:

“Belə ki, xanım müşahidəçi yerli-yersiz sualları ilə seçkinin gedişatını ləngidir, seçiciləri söhbətə tutaraq hər şeyə müdaxilə edir. Xahiş edirik, bu barədə ciddi tədbir görəsiniz”.

Aktı məntəqədə olan yeddi müşahidəçi imzalayıb.

Keçmiş deputatın müşahidəçilərə hücumunun videosunu təqdim edirik:












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.