Xəbər eləmədən gələn dəhşətli xəstəlik: Qaraciyər piylənməsi...

10-02-2020, 09:41           
Xəbər eləmədən gələn dəhşətli xəstəlik: Qaraciyər piylənməsi...
Tədqiqatlar gösərir ki, qəhvə içmək qaraciyərin piylənməsinin qarşısını alır.

Teleqraf.com xəbər verir ki, qəhvə qaraciyərdə fibroz və serroz riskini azaldır.

Əgər başqa problem yoxdursa, gündə 2-3 stəkan qəhvə istehlakı normal hesab edilir. Araşdırmalar göstərir ki, gündə 2 stəkan qəhvə içmək bütün xroniki qaraciyər xəstəliklərinə müsbət təsir göstərir.

Yağlı qaraciyər xəstəliyinin iki növü var: sadə yağlanma və NASH.

Sadə yağlanma zamanı qaraciyərdə anormal yağ yığılması olsa da hüceyrələrdə iltihab və şişkinlik nəzərə çarpmır. Bütün qaraciyər yağlarının 80-90 faizi bu vəziyyətə uyğundur. Digəri qaraciyər yağının iltihabla əlaqəli olması NASH adlanır.

10 qaraciyər yağından bir, ya ikisi NASH-dır. Qaraciyər yağınız varsa, qan analizi və ultrasəs müayinəsi ilə sadə bir yağ və ya NASH olub-olmadığını öyrənmək mümkün deyil.

NASH serroza qədər irəliləyə bilən qaraciyər xəstəliyidir. Xəstəlik yüksək şəkərli, yüksək yağlı pəhriz və oturaq həyatın nəticəsində yaranır. NASH piylənmə, 2-ci tip diabet və insulin müqaviməti ilə sıx bağlıdır.

Başlanğıcda serroz yaranana qədər heç bir simptom göstərmir. Hər 5 qaraciyər yağından biri NASH-dır. Diaqnozu üçün qan müayinəsi, ultrasəs, fibroskan və qaraciyər biopsiyası kimi müayinələr tələb olunur. NASH xəstəliyində ölüm səbəbləri ürək, xərçəng və serrozdur.

Qaraciyər piylənməsinin qarşısını almaq üçün mövsümü olaraq naringi yeyin, salatlarınıza cəfəri və limon əlavə edin. Bitki mənşəli qidalanma ilə maraqlanırsınızsa, diyetoloqunuzla məsləhətləşərək "Aralıq dənizi pəhrizi" nə müraciət edin.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.