ABŞ-ın baş cərrahı: Koronavirusdan daha təhlükəli..

3-03-2020, 10:14           
ABŞ-ın baş cərrahı: Koronavirusdan daha təhlükəli..
Koronavirusla bağlı ABŞ vətəndaşları üçün risk aşağı olaraq qalır.

Axar.az xəbər verir ki, bunu ABŞ-ın baş cərrahı Cerom Adams “Foks” televiziyasına müsahibəsində deyib.

“Təhlükəsizliyin təmini üçün qəbul edilməli olan bir sıra tədbirlər var. Bəzi şeylərin edilməsinə isə ehtiyac yoxdur. Koronavirusun ictimaiyyət arasında yayılmasının qarşısının alınması üçün maskaların effektivliyi hələ sübut edilməyib. Maskaların necə daşınmasını bilməyən insanlar adətən üzlərinə toxunurlar və bununla da koronavirusun yayılmasını sürətləndirirlər”, – deyə o bildirib.

Adams hər il mövsümi qriplərə görə ABŞ-da 18 min nəfərin öldüyünü və bunun koronavirusdan ölənlərdən dəfələrlə çox olduğunu söyləyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru