Süni intellekt koronavirusu dərhal müəyyənləşdirir

5-03-2020, 08:39           
Süni intellekt koronavirusu dərhal müəyyənləşdirir
Çinin "Alibaba" şirkətinin tədqiqatçıları yeni "COVID-19" koronavirusunun səbəb olduğu ağciyər iltihabını 96 faiz dəqiqliklə müəyyənləşdirərək onu digər növ iltihablardan fərqləndirməyə imkan verən kompüter təlimi alqoritmi hazırlayıblar.

Teref.az "ICTnews"a istinadən xəbər verir ki, "Nikkei Asian Review" nəşrinin məlumatına görə, analiz üçün xəstənin sinəsinin kompüter tomoqrafiyası tələb olunur. 20 saniyə ərzində şəkili analiz edən sistem cavabı göstərir. Həkimə isə bunun üçün çoxlu tomoqrafiya şəkilləri və 15 dəqiqə lazımdır.

Koronavirus infeksiyasına yoluxan 5 min ağciyər iltihabı xəstəsinin görüntüləri üzərində təlimdən keçirilən alqoritmdən artıq Çinin 100 xəstəxanasında istifadə olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru