Koronavirusun Avropada əsas mənbəyi açıqlandı

21-03-2020, 00:02           
Bir çox turistlər populyar Patsnaun-İşql dağ-xizək kurortunda infeksiyaya yoluxublar. Onlara xəstəliyə tutlan norveçlilərin yarıdan çoxu, danimarkalıların isə üçdə biri aiddir. Avstriyanın özündə hər dörd xəstədən biri Tirolun payına düşür.

Avstriyanın Tirol federal torpağı koronavirisin Avropada yayılmasının əsas mənbələrindən biri olub. Sputnik Azərbaycan bu barədə “Der Spiegel”ə istinadla məlumat verir.

Bildirilir ki, bir çox turistlər populyar Patsnaun-İşql dağ-xizək kurortunda infeksiyaya yoluxublar. Onlara xəstəliyə tutlan norveçlilərin yarıdan çoxu, danimarkalıların isə üçdə biri aiddir. Avstriyanın özündə hər dörd xəstədən biri Tirolun payına düşür. Ölkədə 20196 xəstə var və onlardan 6 nəfəri ölüb.

İslandiya hələ martın 5-də kurortun təhlükəli olduğunu bəyan edib. Amma region hökuməti turizm mövsümünün bağlanması barədə ancaq martın 14-də qərar qəbul edib. Üstündən 5 gün keçəndən sonra Tiropun bütün ərazisində karantin elan edilib.

Tirolun təhlükəli olduğu barədə Berlindəki Robert Kox institutunun infeksiya xəstəlikləri şöbəsinin əməkdaşları da xəbərdarlıq ediblər. Alimlər buranı dünyada ən təhlükəli 10 ərazi siyahısına salıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru