Bakıda məktəb direktoru qeyri-adi səbəbə görə işdən ÇIXDI - TƏFƏRRÜAT

Bu gün, 09:27           
Bakıda məktəb direktoru qeyri-adi səbəbə görə işdən ÇIXDI - TƏFƏRRÜAT
Bakının Bülbülə qəsəbəsində yerləşən 327 nömrəli tam orta məktəbin direktoru Könül Əliyeva işdən ayrılıb.

Editor.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında məlumat yayıb.

O bildirib ki, işdən çıxmağına səbəb kiçik qızının ona “bibi” deyə müraciət etməsidir:

“Bu gün həyatımın maraqlı, fərqli və çox məsuliyyətli bir dönəmi başa çatır. 327 nömrəli tam orta məktəblə yollarımız ayrılır. 327 nömrəli məktəbin direktor vəzifəsindən şəxsi təşəbbüsümlə ayrılıram. İşdən çıxma səbəbim ərizəmdə qeyd etdiyim kimidir: Ailə vəziyyətimlə əlaqədar, övladlarıma kifayət qədər vaxt ayıra bilmədiyim üçün işimdən ayrılıram. Ərizəmdə qeyd edə bilmədiyim ən vacib və incə nüans isə belədir: 3 yaşlı körpə qızım mənə israrla ana yox, “Könül bibi” deyə müraciət edir. Keçən ay məzuniyyətdə olanda az qala hər gün mənə: “Çox sağ ol ki, mənim yanımdasan, məni qoyub getmirsən, səni çox sevirəm”, – deyirdi. Böyük övladlarımın da fərqli yaşlarda olmağı: birinin tələbə olmağı, birinin tələbə olmağa hazırlaşmağı, gənc yaşlarında dəstəyimə, varlığıma ehtiyac duymaları və mənim onlara normal vaxt ayıra bilməməyim qərarımı daha da qətiləşdirdi”.

K.Əliyeva bundan sonra fəaliyyətinə yaşadığı qəsəbədə yerləşən tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi davam edəcəyini qeyd edib.

Qeyd edək ki, Könül Əliyeva 2023-cü ilin fevralından sözügedən məktəbin direktoru vəzifəsini icra edirdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru