Hamı dinləyir, amma heç kim başa düşmür: Rusiyanın gizli radiosu siqnal yaydı

Bu gün, 09:48           
Hamı dinləyir, amma heç kim başa düşmür: Rusiyanın gizli radiosu siqnal yaydı
Moskvadan təxminən 30 kilometr kənarda yerləşən və “Qiyamət Radiosu” kimi tanınan Rusiyanın UVB-76 stansiyası uzun illər davam edən monoton bip siqnallarını iki sirli səsli mesajla əvəz edib.

Globalinfo.az yerli mediaya istinadla xəbər verir ki, mesajlar rus dilində olub və nömrələr, adlar və kod sözlərindən ibarət olub.

Xəbərə görə, mesajlarda əvvəllər istifadə olunan zəng işarəsi “NZHTI” və “OTEL” kimi kod sözləri, həmçinin bəzi ekspertlərin koordinat ola biləcəyini düşündüyü 38, 965, 78, 58, 88 və 37 nömrələri yer alıb. Sosial şəbəkələrdə yayılan video istifadəçilərin marağına səbəb olub.

UVB-76 stansiyası ilk dəfə 1982-ci ildə qısa dalğa yayımı ilə həvəskar radio operatorlarının diqqətini çəkmişdi. O zaman yalnız anlaşılmaz bip səsləri verirdi, 1992-ci ilə qədər siqnallar dəqiqədə 25 dəfə təkrarlanan tonlara çevrildi. 1990-cı illərdə isə səs siqnalları adların, nömrələrin və sözlərin siyahısını oxuyan anonim səslərlə kəsilməyə başladı.

“London City Universiteti”nin elektronika və radio mühəndisliyi üzrə eksperti, professor David Stupples qeyd edir ki, UVB-76 stansiyasının yayımladığı mürəkkəb və gözlənilməz siqnallar sadəcə tezliyi saxlamaq məqsədli deyil, ola bilsin ki, hərbi və ya hökumət əməliyyatları ilə əlaqəlidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru