Bərdə İcra Hakimiyyəti bir gündə iki tender elan edib

Bu gün, 07:04           
 Bərdə İcra Hakimiyyəti bir gündə iki tender elan edib
Bərdə İcra Hakimiyyəti bir gündə iki tender elan edib.

Tribunainfo.az xəbər verir ki, bu barədə rəsmi qaynaqlarda məlumat yayılıb.

Bildirilir ki, tenderlərdən biri Bərdə rayonunda yolların təmir edilməsi ilə bağlıdır. İcra Hakimiyyəti bunun üçün ehtimal edilən qiyməti də qeyd edib. Belə ki, bu işlərin görülməsinin 120 min 501 manata başa gələcəyi proqnozlaşdırılıb.

İkinci tender isə abadlıq işlərinin satınalınmasını əhatə edir. Bərdə İcra Hakimiyyəti bunun üçün 148 min 196 manat vəsait ayırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru