Rusiya arxivindən fotolar
Bu gün, 10:04

Osmanlı torunlarının sevmədiyi Rusiya arxivindən fotolardır. İl 1878, məşhur II Əbdülhəmid dönəmidir. Atatürk və Ənvər paşa doğulmamışdı.
Rus çarı II Aleksandrın ordusu iki yerə bölünür: biri Gürcüstandan, biri Rumıniyadan girir. Osmanlı ordusunu qıra-qıra, insanlarını zorlayıb, yağmalaya-yağmalaya gəlirlər, İstanbulda qovuşurlar.
Bunları durduracaq bir başı papaqlı çıxmır. II Əbdülhəmid yalvar-yaxır Böyük Britaniya kraliçası Viktoriyadan işğalın durdurulmasını xahiş edir. O da deyir: “Qələt edir Rusiya, Osmanlını işğal edəcək biri varsa, o da ingilis olmalıdır.” Britaniya gəmiləri Boğazlara yanaşır, verilən ultimatumdan sonra Rusiya çar ordusu şəhərin mərkəzinə doğru irəliləməyi dayandırır.
Beləliklə, 3 mart 1878-ci ildə İstanbula girməmə qarşılığında Ayastefanos müqaviləsi imzalanır. İndiki Qars, Ərdəhan, Batum, Bayazid, Olti, Ələşkirt Rus çarlığına verilir.
Müqaviləni Almaniya kansleri Otto fon Bismark tanımayıb, razılaşmadakı bəzi torpaqların geri Osmanlıya qaytarılmasını tələb edib, bildirir ki, “Qələt edir Sultan, torpaq çox verilib Rusiyaya.” Və 13 iyul 1878-ci ildə Berlin müqaviləsi imzalanır, razılaşmadan Bayazid, Ələşkirt çıxarılır, yenidən Osmanlıya qaytarılır.
Təşəkkür olaraq II Əbdülhəmid Britaniyaya Kipr adasını icarəyə götürmə hüququnu verir. Avstriya-Macarıstana isə Bosniya və Herseqovinanı icarəyə götürmə hüququ verir.
Ruslar Almaniya və Britaniyanı qarşılarına almaq istəməyib, əldə edilən qənimət və torpaqlarla paylaşdığım fotoları çəkdirib gedirlər.
Fotolardakı ərazilər:
1. Ədirnə Səlimiyyə məscidinin mənzərəsi fonunda oturan bir rus əsgəri
2. Bakırköy ilçəsinə bağlı sahil bölgəsi
3. İstanbulun Avropa tərəfi: Böyük Halkalı kəndi, Kiçikçekməcə
4. Şenlikköy: İstanbulun Bakırköy ilçəsinə bağlı bir mahaldır, dənizə yaxın yerləşir.
Orxan Atabəy
TEREF