Payız yaxınlaşır, xoşagəlməz xəbərlər yayılır – Əhalini hansı “sürpriz”lər gözləyir?

Bu gün, 10:48           
Payız yaxınlaşır, xoşagəlməz xəbərlər yayılır – Əhalini hansı “sürpriz”lər gözləyir?
Payız yaxınlaşır, xoşagəlməz xəbərlər yayılır - Əhalini hansı “sürpriz”lər gözləyir?

Azərbaycanda yeni mövsümə hazırlıqlar davam edir. Bir neçə günə istər iş, istərsə də tədris ili ilə əlaqədar paytaxtda, o cümlədən bölgələrdə qaynar həyata start veriləcək. Paralel olaraq ölkədə bir sıra məsələlər də aktuallaşıb. Xüsusilə payız aylarından etibarən bəzi sahələrdə bahalaşma riski müzakirə obyekti olub. Hazırda ictimai nəqliyyatda gedişhaqqının artması, devalvasiya ehtimalı və yeni qiymət dalğası gündəmdədir.

Payızda Azərbaycanda əhalini hansı “sürpriz” gözləyir?

Globalinfo.az-a danışan iqtisadçı Günay Hüseynova deyib ki, payız mövsümündə vətəndaşları qiymət artımı ilə əlaqədar hər hansı “sürpriz” gözləmir:

“İctimai nəqliyyatda gedişhaqqının artırılması ilə bağlı yayılan şayiələr həqiqəti əks etdirmir. Müvafiq qurumlar da bununla bağlı açıqlama verdi. Ümumiyyətlə, ilin sonuna yaxın əsasız qiymət artımı iqtisadi cəhətdən mümkün deyil. Devalvasiya haqda səsləndirilənlər də reallıqdan uzaqdır. Bu sahədə mütəxəssis olmayan və yalan məlumat yayaraq diqqət çəkməyə çalışan şəxslərin fikirlərinə əhəmiyyət vermək lazım deyil”.

Ekspert qeyd edib ki, devalvasiyanın baş verməsi üçün ciddi iqtisadi səbəblər olmalıdır:

“Dövlət büdcəsinin əsas hissəsini neft gəlirləri təşkil edir. Hazırda “qara qızıl”ın qiyməti enmir, əksinə artır. Neft gəlirləri hesabına qeyri-neft sektorunun inkişafına da dövlət dəstəyi göstərilir. Bundan başqa, büdcəmizdə profisit yaranıb, inflyasiya sabitdir, xarici aktivləri artırmaq üçün investisiyalar yatırılır. Əgər devalvasiya riski real olsaydı, bu göstəricilər mövcud olmazdı. Xarici valyuta ehtiyatları kifayət qədərdir və milli valyutanın sabitliyinin qorunması üçün davamlı tədbirlər görülür”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru