"Sərnişindaşıma xidmətinin yalnız bir taksi operatoruna icazə verilməsi faktiki olaraq inhisarçılıqdır. "- İctimai Şura üzvü AYNA-nın qərarına belə etiraz etdi
Bu gün, 07:58
Hava limanından şəhər istiqamətinə taksilə sərnişindaşımada yalnız dövlətə məxsus "Bakı taksi xidməti" şirkətinə icazə veriləcəyi haqqında məlumatlar yayılıb. Bununla bağlı AZAL-ın anlaşılmaz bir açıqlamasına istinad olunur. Yəni sərnişinlər və yola salanlar Bolt və ya Yango ilə Heydər Əliyev Beynəlxalq Aeroportuna gələ bilərlər, amma geridönüş mütləq dövlətə məxsus taksiylə olacaq. Asurd bir qərardı. Düşünürəm ki, Aeropotdan taksi vasitəsilə sərnişindaşıma xidmətinin yalnız bir taksi operatoruna, xüsusilə də dövlətə məxsus şirkətə icazə verilməsi faktiki olaraq inhisarçılıqdır. Bunun başqa adı yoxdur. Bu addım sərnişinlərin seçim azadlığını əlindən alır. Düşünmək olar ki, bunun da nəticəsində mütləq uzun növbələr, baha qiymətlər və xidmət keyfiyyətinin zəifləməsi qaçılmaz olacaq . Rəqabətə tab gətirməyən bir dövlət şirkətinə süni vasitələrlə üstün hüquqlar, hökmran mövqe verilməsi yolverilməzdir. Taksi bazarında vətəndaşların qanuni mənafelərinin və hüquqlarının pozulmasına gətirib çıxaran və rəqabərsiz mühitin formalaşmasına səbəb olan hərəkətlər Rəqabət Məcəlləsinin tələblərinə ziddir. Ümid edirəm hava limanı administrasiyasının taksi bazarındakı məhdudlaşdırıcı qərarları Antiinhisar-ın diqqətini cəlb edəcək. Xatırladıram ki əvvəllər İqtisadiyyat Nazirliyi tabeliyində olan bu qurum artıq birbaşa Prezidentə tabedir. Osman Gunduz İctimai Şura üzvü в Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi TEREF