DÇ-2026 seçmə mərhələsi: Ronaldu qol vurdu, Portuqaliya qalib gəldi VİDEO

Bu gün, 08:42           
DÇ-2026 seçmə mərhələsi: Ronaldu qol vurdu, Portuqaliya qalib gəldi  VİDEO
2026-cı ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsi çərçivəsində daha bir görüş başa çatıb.

Oxu.Az xəbər verir ki, Budapeştdəki Puşkaş Arenada Macarıstan millsi Portuqaliya seçməsini qəbul edib.

Oyunda hesabı 21-ci dəqiqədə Varqanın qolu ilə meydan sahibləri açsalar da, sonda sevinən tərəf qonaqlar olub.

36-cı dəqiqədə Silva dəqiq zərbə ilə hesabı bərabərləşdirib. 56-cı dəqiqədə Kriştianu Ronaldu penaltidən fərqlənərək komandasını önə çıxarıb. Bununla da, 40 yaşlı futbolçu dünya çempionatının seçmə oyunlarında qol sayına görə mövcud rekordu təkrarlayıb. O, 39-cu qolunu vuraraq qvatemalalı Karlos Ruizə çatıb.

84-cü dəqiqədə Varqa dubla imza atmaqla hesabda tarazlıq yaratsa da, 2 dəqiqə sonra Konselo Portuqaliyaya 3 xalı qazandıran qolu vurub - 2:3.

Bu qələbə sayəsində Priney təmsilçisi 6 xalla F qrupunda liderdir. Macarıstan isə cəmi 1 xalla üçüncü pillədə qərarlaşıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru