COVİD-19 və QİÇS: Bənzərliklər və fərqliliklər

26-03-2020, 00:03           
COVİD-19 və QİÇS:
Koronavirus epidemiyası miqyasından daha çox yayılma sürətinə görə digər infeksiya xəstəliklərindən fərqlənir. Məlum olduğu kimi, miqyasına görə dünyada hazırda virusla keçən xəstəliklərin başında QİÇS, yəni qazanılmış immun çatışmazlığı sindromu gəlir.
Fransız jurnalist, yazıçı, QİÇS-ə qaşrı mübarizə üzrə aktivist və “Act Up” təşkilaırnın təsisçisi Didye Lestrad “Slate.fr” saytında məqaləsində iki epidemiya arasındakı bənzərliklərə və fərqliliklərə diqqət çəkib.
“Koronavirusla QİÇS arasında ümumi cizgilər çoxdur. Hərçənd hazırkı pandemiya HİV virusunun gətirdiyi bəla ilə miqyasına görə hələ ki müqayisəyə gəlmir”,-deyə müəllif yazır.
QİÇS müəyyən azlıqlar (afrikalılar, haitililər, narkomanlar, geylər) arasında yaranıb. COVİD-19 isə planetin hər kəsimini əhatə edir. Buna rəğmən “HİV” virusu 74 milyon insana toxunsa da dünyada hər hansı iqtisadi, maliyyə və ya səhyyə çöküntüsü yaşatmayıb.
QİÇS üzrə mübarizə aparanlar daima dövlətlər tərəfindən büdcələrinin azaldılmasından şikayət edirlər. COVİD-19 isə “hər nə olursa olsun” haqqına malik olub trilyonluq maliyyə vəsaitinə malikdir.
Hazırkı virus QİÇS-dən fərqli olaraq infeksiyaya məruz qalanları öz yaxınlarından, hətta ətraf mühitdən təcrid edir, ölən insanlara dəfn mərasimində iştirak edilməsinə belə icazə verilmir. İnsanların üərinə yaranan simptomlarla əlaqədar öz sağlamlığqlarını qorumaq vəzifəsi qoyulması COVİD-19 un ayrıca xüsusiyyəti sayılmalıdır.
“Bütün bunlarla yanaşı maska çatışmazlığı, tibbi ləvazimatların və preaparatların yoxluğu, etalon müalicə tədbirlərinin olmaması və yoluxma yolları ilə bağlı yaranan qeyri-müəyyənlik... Bütün bunların hamısı QİÇS-in ilk dövrlərini xatırladır. Böhranın əsl mənbəyi 40 il öncəki kimi bəllidir: Qərb ölkələrinin bəlanı öncədən görə bilməmələri, dövlətlər arasında epidemiyaya qarşı strategiyaları arasındakı koordinasiyanın olmaması...
QİÇS-də olduğu kimi Birləşmiş Ştatlar yenə də xəstəliyin xarici qaynaqlı olduğunu göstərməyə çalışır. (Tramp özü koronavirus deyil, “Çin virusu” deməyə üstünlük verir.).

QİÇS-də olduğu kimi Vaşinqton görünməmiş tədbirlər görəcəyini vəd edir. Rusiya isə pandemiya ilə əlaqədar yaranan situasiyanı və ölənlərin sayını gizlədərək üstəlik bundan Qərbi gözdən salmaq üçün istifadə emtəyə çalışır. Halbuki təkcə 2018-ci ildə bu ölkədə 37 min insan QİÇS-dən vəfat edib. Bir ildə Rusiyada 103 min HİV virusu ilə yoluxma halı qeydə alınıb. QİÇS-li xəstələrin sayı isə 1,1 milyonu ötür ”-deyə müəllif qeyd edir.
“QİÇS-də olduğu kimi COVİD-19 da özünü müdafiə etmək istəyənlər arasında sosial qeyri-bərabərliyi artırır. Bu isə artıq yeni siyasi riskləri də daşıyır. Məsələn Fransada artıq 1 ildən çoxdur davam edən sosial gərginlik bir gün partlama səviyyəsinə gələ bilər”,-deyə yazının sonunda bildirilir.
/reportyor.tv/












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.