Koronavirus 16 il əvvəl İtaliyada necə ortaya çıxıb?
26-03-2020, 17:28
Dünyada koronavirus epidemiyasından ən böyük itki İtaliyada qeydə alınır. Lakin 16 il əvvəl koronavirus İtaliyada çox fərqli bir şəkildə istifadə edilib.
Bizimxeber.az xəbər verir ki, İtaliyada, koronavirus səbəbiylə həyatını itirənlərin sayı 7500-ü keçib. Maraqlıdır ki, 16 il əvvəl açılan bir pankart məhz dünyada epidemiyadan ən çox həyatını itirən İtaliyada səslənib.
Belə ki, 2003-2004 futbol mövsümündə Seriya B-nin hücumçusu "Catanzaro"nun hücumçusu Giorgio Corona qolları ilə azarkeşlərin fanatına çevrilmişdi. Catanzaro tərəfdarları sevimli futbolçusu üçün "Corona virusu yoluxmuşdur"- deyərək pankart hazırlamışdı.
19 qol vurdu ... COVID-19 ... Covid-19 adlı virusun Giorgio Corona ilə əlaqəli başqa bir oxşar məqamı da var ...
Belə ki, Giorgio Corona məhz COVID-19 kimi sezonu 19 qolla başa vurmuşdu.
İtaliyada bu təsadüf diqqət çəkərək, 16 il əvvəl açılan pankart möcüzə kimi xatırlanıb ...