"Karantinə əməl etməsək, 1 həftəyə Bakıda 600 min insan koronavirusa yoluxar" – Tanınmış transplantoloq

27-03-2020, 19:09           
"Karantinə əməl etməsək, 1 həftəyə Bakıda 600 min insan koronavirusa yoluxar" – Tanınmış transplantoloq
Tanınmış həkim transplantoloq Mircəlal Kazımi koronavirusun yayılması mexanizminin riyazi hesablamasını açıqlayıb.

Medicina.az xəbər verir ki, cərrah AzTV-də “Evdə qal” verilişində Azərbaycanda virusun yayılma riskini belə qiymətləndirib:
“İnsanlara rəqəmləri demək, izah etmək lazımdır. Rəqəmlər üzərində danışsaq, məsələnin ciddiyyəti anlaşılar.
COVİD 19-a yoluxmuş insanların 80%i sağalır. 20%-də xəstəlik qalır və ağırlaşır. Bunun da müəyyən faizi ölümlə nəticələnir.

Belə bir hesablama apararaq nəzərə alaq ki, Bakıda 3 milyondan çox insan yaşayır. Bu sayın 20%-i nə qədər edir. 600 min. Təsəvvür edin, biz karantinə ciddi əməl etməsək, çox yox cəmi 1 həftəyə 600 min xəstə olması realdır.

Bu bilirsiz nə qədər adam deməkdir. Təkcə bir binada 520 mənzil var. 600 min insan təsəvvür edirsiz, nə qədər əhali, nə qədər mənzildir. Əgər bu rəqəmin içində olmaq istəmirsizsə, bu günlərdə evdən çölə çıxmamalısız”.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru