Kilsə sevgisiylə imam Huseyn sevgisinin savaşında - MÜBARİZƏM

30-03-2020, 09:44           
Kilsə sevgisiylə imam Huseyn sevgisinin savaşında - MÜBARİZƏM
Kilsə sevgisiylə imam Huseyn sevgisinin savaşında - MÜBARİZƏM
Kilsə sevgisiylə imam Huseyn sevgisinin savaşında - MÜBARİZƏM
Tarix: 29.03.2020 21:51
Baxış sayı: 273

Facebook Twitter Google+ LinkedIn Tumblr Email
Aqil Alışov
Mİq.Az saytının baş redaktoru

Qarabağlı saymışam həmişə özümü, çünki... gəzdiyim bu torpaqda, çiynimdə və qəlbimdə daşıdığım rütbədə, yazdıqlarımın mübtəda və xəbərində həmişə şəhid haqlarının olduğunu sanmışam..

Təbrizli, ərdəbilli sanmışam özümü, indinin özündə belə o ləhcədə danışıram, çünki köküm, soyum, yeddi arxadan dönən İbrahim babam ordan gəlib.

Dərbəndli saymışam özümü, hər dəfə Moskvaya gedəndə gözlərimlə qucaqlayıb ağlamışam Dərdənd qalasının divarlarını...

Borçalıdan sanmışam özümü, saz havalarında yoğrulan layla ilə beşik başımda nənni çalan rəhmətlik Arəstə cicəmin (biz nənəyə cicə deyirik –A.A.) aman-zaman bir qardaşının yadelli fars işğalçısının gülləsinə tuş gəldiyini eşidən andan.

Ən yaxşı türk ideologiyasının əsgəri, ən yaraşıqlı türk atının belində qamətli türk sərkərdəsi sanmışam özümü! Elə indinin özündə belə. Çünki...

Anadan olduğum yer: cənub bölgəsi, rayon Lerik, milliyətcə türkəm.

Bu yazını yazmaya da bilərdim, son vaxtlar baş verənlərə gözucu baxıb, dilucu nəsə qımıldanıb da vaz keçərdim bugünkü yazdıqlarımdan - vicdanım yol versəydi əgər...

Beləliklə keçirəm mətləbə:

Cənubda koronovirus həyəcanı "yayanlar"


Bir neçə gündür ölkə ərazisində yayılan koronovirus xəstəliyinin episentrini cənub bölgəsini göstərirlər. Eşşək boyda saytlar tirajlayır bu xəbəri. Koronovirusla bağlı hökumətin narahatçılığını bilən "mətbuat"ın bu xəstəliyi hay-küylə yaymaqda məqsədləri bəllidir.

Əvvəla cənub rayonlarının heç birində, xüsusən də Lerik rayonunda bir nəfər də olsun bu xəstəliyə tutulmayıb, əksinə, fövqəladə hadisələrdən başqa heç vaxt Leriki yada salmayan hökumət nümayəndələrinin yadına bu gün düşüb Lerik. O Lerik ki, həyatı vacib layihələrdən kənarda saxlanılıb, yoluna Prezidentin ayırdığı 19 milyon manatın kimin mədəsində gizləndiyini hələ də bilən yoxdu. Evləri təbii fəlakətdən dağılmış leriiklilər hələ də ümidlə yaşayırlar. O vaxta qədər ki, yeni təbii fəlakət olanda Bakıdan FHN-dən gələn "qonaqlar" maddi ziyanı hesablayıb qayıdacaqalar yenə Bakıya.

Lerikin depuatatı, İqbal Məmmədovun açıqlaması

Lerikin deputatı, İqbal Məmmədov mətbuata açıqlamasında qeyd edir ki, "Relax” istirahət mərkəzində karantinə alınan xəstələrə qarşı diqqət və qayğı yüksək səviyyədədir. Olsun, bununla işimiz yox. İqbal Məmmədov sonra qeyd edir ki, "Relax” rəhbərliyi hətta ora yerləşdirilən bir ailənin körpə uşağının itmiş ayaqqabısının əvəzi olaraq təzə pal-paltar da alıb veriblər. Bu ifadələrə də əhsən... Deputatın təbirincə desək, bu tapşırıq şəxsən ölkə başçısı və onun xanımı 1-ci vitse prezident Mehriban xanım Əliyeva tərəfindən verilib və tapşırığa əsasən həyata keçirildiyindən ayaqqabı nədir, lap həmin uşağın ömürlük xərclərini də ödəməyə dəyər, Allah eləməmiş, əgər uşaqda nəsə problem olsa.

"Relax”da tapılan ilan kimin boynuna sarıldı

"Relax” istirahət mərkəzindən söz düşmükən, Mikayıl Cabbarov vergilər naziri olarkən onun qılıncının altından keçməyən İqbal Məmmədovun indi bəhbəhlə danışdığı "Relax”a 90 nəfərdən yuxarı vergi "bölüyü" göndərmişdi. Hətta vergilər nazirliyinin əməkdaşlarının böyük skandal yaratdığı (sonradan o əməkdaşlar tərəfindən videolar mətbuata ötürüldü) o hadisədən əvvəl istirahət mərkəzində "ilan da tapıldı". Sonradan deputatın oğlu daxil olmaqla, 6 nəfər qohumunun həbsə atılması və buraxılması günahın İqbal Məmmədovda deyil, vergi əməkdaşlarında olduğunu bir daha sübut etdi. Bunu mən demirəm, baş verən proseslər sübut etdi. Və həm də bütün ölkənin o ilanla Lerikdən ayağını kəsmək istəyən qüvvələr indi koronovirusla qonaq getdi "Relax”a. Amma bundan sonra "Relax”ın taleyinə ilan və koronovirus taleyini yaşatmaq da bəlkə də qisas hissinin bir başqa hissəsidi. "Relax” meşəlik ərazi olduğundan orda ilan olmur, onu biləsiniz, amma "torba tikmək üçün" xüsusi torbalarda aparılır ora, o da ölü ilanlar...

"Relax”ın özəlliyi və gözəlliyi: Cənub səmimiyyəti

XÜSUSİ QEYD: "Relax” istirahət mərkəzində heç vaxt başqa restoranlar kimi, dadlı yemək-içmək və normal xidmət olmayıb. İrandan Turana qədər nə qədər aşpaz gəlsə də, yalnız dəlləkliyi öyrəniblər orda. Hətta bütün kotteclər dolub, restorana 15 -20 gün qabaqcadan sifarişlə adam qəbul olunub, amma çox adam narazı qayıdıb, lakin yenə də "Relax”da qonaq əlindən yer olmayıb, boş otaqlar tapılmayıb. Bilirsiniz niyə? Xeyr, Rövnəq Abdullayevə görə yox! Heç "Azərsu”nun prezidenti Qorxmaz Hüseynova görə də yox...

Yalnız cənub əxlaqına, xüsusən də Lerik və leriklilərin səmimiyyətinə, əxlaqına, qonaqpərvərliyinə görə. Azərbaycanda heç bir rayonda elə güvənilmiş istirahət mərkəzi yoxdur ki, Bakıdan insanlar aparıb ailəsini orda qoyub özü Bakıya, işinə qayıtsın. Azərbaycanda yeganə istirahət mərkəzi "Relax” olub ki, hər kəs ailə-uşağını, ana-bacısını ora etibar edib. Orda ən yüksək ranqlı məmurlar və məmur övladları əxlaq qanunlarından kənar heç bir qələt edə bilməyiblər. Hətta buna cəhd etsələr də. Azərbaycan mətbuatında adı ən çox pis mənada hallanan məmur qohumları olub ki, tərbiyəsiz hərəkətinə görə qulağından tutub bayıra tullayıblar. Çünki orası Lerik, orda əxlaqsızlıq olmaz. Olsa belə, cəzası ağır olur.

XÜSUSİ XATIRLATMA: Buzlaşma dövründən bu günə kimi Lerik meşələrində qalan dəmirağacların erməni kilsələri qədər də xətir hörməti olmadı. Ermənistan kilsələrindən Gürcüstana, Türkiyədən Avropaya, İtaliyaya qədər uzanan qaz boruları Lerikdən yan ötdü. Lerik meşələrinin göz yaşı, ahı tutacaq sizləri, necə ki, tutub. Yığdıqlarınız özünüzə qalmayacaq, ən pis xəstəliklərinizə yol acacaq. Təbiətin ahı, qarğışı həmişə sizi təqib edəcək.

Paytaxtdan cənuba koronovirus həyasızlığı

Cənablar! Hər gün cənub rayonları ilə əlaqə saxlayan adam kimi deyirəm: Bu günə kimi yoxdu orda korona xəstəliyi, yayılmayıb. Hətta orda səfərdə olanda şəkil paylaşıb qeyd eləmişdim ki, bizim dağları internet işğal edə bilməyib, heç korona da işğal edə bilməyəcək. Hətta o məlumat Nazirlər Kabineti yanında qərargaha istinad olunsa belə, qərərgah yalan deyir. Qərargah Allahın bacısı uşaqlarından formalaşmayıb, onlar da səhv məlumat verə bilərlər, necə ki, hökumətin koronovirusla bağlı addımlarında müəyyən səhvlər var. Ölkənin səhiyyə nazirini tapıb efirə çıxarda bilmirdilər. Bu işdə qərargah hər bir azərbaycanlının qəlbində olmalıdır, dövlətinə, vətəndaşına dəstəkdə bulunmalıdır, yoxsa koronovirusu cənubda bilərəkdən "yaymaq" dövlətçiliyə ziddir, prezidentin siyasətinə qarşı çıxmaqdır.

Ən böyük azərbaycanlı və ən böyük türk: Övladı şəhid olan talış, ləzgi, tat, udin anasıdı

Son vaxtlar erməni kilsəsindən "su içən", dayılarından maliyyələşən geydirmə "millətçilər" peyda olub. Əsrin ən böyük epidemiyası koronovirusa qarşı səfərbər olduğumuz dönəmdə Mübariz Mənsimovun həbsi üzərindən sosial şəbəkələrdə və mətbuatda yeni savaş ocaqları yaradılıb, müzakirələr gedir. Müzakirələrdən savaş məcrasına çıxan bu mövzunu başqa məcraya sıçratmaq istəyən qüvvələr var. O qüvvələr ki, onlar həmişə bu dövlətin əleyhinə işləyiblər, 5-ci kolonun tribunaları olublar.

Hətta erməninin əlindən həyəsızcasına tutub Azərbaycana təqdim edən adam Mübariz İbrahimovu erməni ilə şəriklikdə ittiham edir. Olkədə 5-ci kolonun tribunalarında səslənən ittihama baxın. Mübariz Mənsimov Eldar Mahmudovun atasının adına gəmi düzəltdirib. Əslində dövriyyəyə buraxılan bu ifadə dolayısı ilə İlham Əliyevə yönəlmiş sualdı: "Eldar Mahmudovun hələ də cəzasız qalmasına səbəb nədir?

Adama deyərlər ki, Eldar Mahmudovun tədbirlərini manşet xəbərlərlə niyə verirdin ki? Sənin sahiblərin Eldar Mahmudovun özünün də deyil, hətta sürücüsünün belə qəbuluna niyə düşə bilmirdilər?
Prezident İlham Əliyevə mesaj Mübariz Mənsimovun həbsi üzərindən niyə verilməlidir ki?

İlham Əliyevin sərəncamı ilə təyin olunan hansısa nazirlə işlədiyi dövrdə əməkdaşlıq cinayətdirsə, bunu birbaşa prezidentin özünə yazın. Bu gün hansısa nazirin dədəsinin adına hansısa iş adamı gəmi açırsa, sabah o da işdən azad olunursa, buna görə iş adamının günahı və cəzası hansı qanunlara görə tənzimlənir?

Kilsə sevgisiylə imam Huseyn sevgisinin savaşı - MÜBARİZƏM

Mübariz Mənsimova sevgilər sonsuzdu. Səbəbi bu sevginin təmizliyi, qatqısız olmasındadı. Özü qazanıb, xeyriyyəçiliyi, Vətənə məhəbbəti, bu torpağı sevməyi ilə. Ürəyində Qarabağ sevgisi, Vətən məhəbbəti olanlar sevər bu adamı... Bədənində düşmən qəlpəsi gəzdirənlər, ürəyinin başında Azərbaycan xəritəsi asılanlar, qəlbləri himnimizin ritminə uyğun döyünən insanlar sevər Mübarizi. Bu ölkənin atributlarını namus kimi dəyərləndirən insanlar, azadlıq aşiqləri, qəlblərində İmam Hüseyn sevgisi olanlar sevər Mübarizi. Kilsə səngərindən Mübarizə "atəş açanlar" bilməz nədir, ölkən və millətin yolunda mübariz olmaq statusunun nə demək olduğunu.

Mübarizin ən böyük üstünlüyü həm də onun vətəndaş olaraq sevilməyindədir. Təmənnasız sevgidir onu dünya azərbaycanlılarına sevdirən, əməllərinin arxasında dayanan İNSANLIQ günəşidir ki, o da dünyanın hər yerindən görünür.

"Şiri öldürmək olar, amma onun qəzəbini öldürmək olmaz!" deyimini yaddan çıxarmayın. Mübariz Mənsimov XƏTA edər, XƏYANƏT etməz. Bu cür insanın Azərbaycanla bağlı arzularını və özünü cismani cəhətdən məhv edə bilərsiniz, amma içindəki sevgini məhv edə bilməzsiniz.

Son vaxtlar talışlı, türklü söydüyünüz cənubluların övladları sizdən və övladlarınızdan fərqli olaraq, düşmənlə səngərlər boyu sinəbəsinəyə dayanıblar. Gedin, statistik rəqəmlərə baxın, Müdafiə Nazirliyinə sorğu göndərin. Təmas xəttində hansı səngərə getsəniz, cənublu əsgərlər qarşılayacaq sizi. Cənub, şimal, şərq, qərb xəstəliyindən qurtarın, cənablar! Bu Vətənin bir istiqaməti var - işğal olunmuş ərazilərimiz.

Azərbaycan "region sınağından" çoxdan çıxıb. Bu məsələləri qabartmaqla fikriniz nədirsə, deyin biz də bilək. Sizlərdən - erməni kilsəsinə sevgisi olanlardan fərqli olaraq, Mübariz Mənsimov birdəfəlik leksikonundan çıxarıb "erməni ilə əməkdaşlıq" ifadəsini. Onun üçün yaxşı və pis erməni ifadəsi yoxdur. Ən yaxşı halda onun üçün ölü erməni var, düşmən amili var. Erməni mətbuatı ilə rus mətbuatı arasında vasitəçilik, rusu ermənidən qoruyacaq qədər irəli getmiş bəzi mətbuat orqanlarının milli ideologiyadan dərs keçmək fantastikası gülünc görünür həm də.

Kimi gəldi talış separatizmiylə, Ələkrəm Hümbətovla ləkələyə bilməzsiniz. Əsl separatizmin məktəbini siz keçmisiniz, əsl ələkrəmçi siziniz. Mübariz Mənsimov təkcə cənublu kimi deyil, böyük Azərbaycanlı, böyük Qarabağlı, Bütün və Bütöv Azərbaycanın sevimlisidi, dövlətinə və prezidentinə sadiq adamdı.

Mübariz Mənsimov Azərbaycandır!
Mübariz Mənsimov dalğalarda belə dalğalarla savaşan adamdır!
Mübariz Mənsimov dünyanın ən böyük okeanlarında üzən adamdır!
Mübariz Mənsimov okeanlarda Azərbaycan Bayrağını dalğalandıran adamdır!
Mübariz Mənsimov cümhuriyyət sevdalısıdır!
Mübariz Mənsimov vətəndaş olaraq Azərbaycanın ən etibarlı müttəfiqidir!
Mübariz Mənsimov təkcə okeanlarda deyil, dünyanın hər yerindən görünən adamdır!

Türkiyədə lövbər salmaq arzusu hər bir azərbaycanlının qardaş Türkiyə sevdalısı olmasından yanadır. Azərbaycan adına üzən gəmiləri batırmaq və o gəmilərdə dalğalanan Üçrəngli Azərbaycan Bayrağını endirmək iki ölkə arasında münasibətlərə xələl gətirənlərin arzusunu realaşdırmaq teatr məktəbinin tələbəsi Ərdoğanın bacardığı iş deyil. Türk qardaşlarımız və bu dövlətin Ana Yasası buna əsla imkan verməz! Atatürkün qurduğu dövlət Ərdoğanların əlində oyuncaq ola biləcək qədər kiçik deyil! Türkiyə Ərdoğan üçün ANS telekanalı deyil, bir günə bağlatdıra.

Ərdoğan üçün Davos bitən kimi, mənim üçün də Ərdoğan çoxdan bitib. Hətta 2006-cı ildə bir yazı yazmışdım: Ərdoğan-Türkiyənin Qorbaçovu.

Mənim üçün qardaş Türkiyə var, sadəcə bu qədər!

YAZIYA SÖZARDI: İmam Hüseyn şəhidliyindən öncə demişdi: Ya Rəbb, bunlar neylədiklərini bilmir, Sən bunları bağışla. Zaman-zaman insanlıq təmsilçiləri beləcə qılıncdan keçiriliblər. Mübariz Mənsimov kimi. Ona qarşı bu addımı atanlar bilmir neylədiklərini, amma ümid edək ki, onu bizə diri qaytaracaqlar!

Miq.Az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.