Erməni QHT rəhbəri: "Ölkədə koronavirusla bağlı yalan xəbərlər yayılır"

1-04-2020, 07:56           
Erməni QHT rəhbəri: "Ölkədə koronavirusla bağlı yalan xəbərlər yayılır"
Ermənistanda koronavirusa yoluxanlar və bu infeksiyadan ölənlərlə bağlı əhaliyə saxta informasiya verilir.

“Report” “Aysor”a istinadən xəbər verir ki, bununla bağlı Ermənistan "Azad" İnformasiya Mərkəzinin direktoru və təsisçisi Şuşan Doydoyan özünün “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, rəsmi mənbələrin yalan informasiya yayması jurnalistləri və ictimaiyyətdə çaşqınlıq yaradır: “Bu isə yanlış informasiyaların yayılmasına səbəb olur. Hər gün virusdan ölən və ona yoluxanlarla bağlı müxtəlif mənbələrdən məlumat yayılır".

"Nəhayət qərarlaşdırın, hansı rəsmi informasiya mənbəyi daha uyğundur - Vahid informasiya mərkəzi, Səhiyyə Nazirliyinin mətbuat katibinin “Facebook” səhifəsi, Səhiyyə Nazirliyinin, yaxud hökumətin “Facebook”, hökumətin iclasından birbaşa yayım. Bizə dəqiq, vaxtında və bitkin informasiya lazımdır”, - deyə o bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru