Saxta sənədlər əsasında subsidiya almaq istəyən bələdiyyəyə cinayət işi açılıb

1-04-2020, 09:24           
Saxta sənədlər əsasında subsidiya almaq istəyən bələdiyyəyə cinayət işi açılıb
Saxta sənədlər əsasında dövlət büdcəsindən subsidiya almaq istəyən bələdiyyəyə cinayət işi açılıb.

APA-nın məlumatına görə, bu, 2019-cu il üzrə “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı illik məruzə”də əksini tapıb.

Məruzədə qeyd edilib ki, Bərdə rayonu Qaraqoyunlu bələdiyyəsi tərəfindən təmir-tikinti işlərinin aparılması adı altında pul vəsaitlərinin qanunsuz silinməsi nəticəsində bələdiyyə büdcəsinə 15 min 716 manat ziyan vurulması, səlahiyyətli olmadığı halda bələdiyyə sədri tərəfindən 173,35 hektar torpaq sahəsi üzrə təkbaşına qərarlar qəbul edilməsi və saxta sənədlər əsasında dövlət büdcəsindən subsidiyanın ayrılmasına şərait yaradılması halları ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 308.1, 313 179.2.3 və 1792.4-cü maddələri ilə cinayət işi başlanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru