İkinci qan qrupuna sahib insanlar koronavirusa qarşı nə qədər həssasdırlar?

20-05-2020, 09:45           
İkinci qan qrupuna sahib insanlar koronavirusa qarşı nə qədər həssasdırlar?
Rusiyada Dmitri Roqaçov adına Milli Uşaq Hematologiyası, Onkologiya və İmmunologiya Mərkəzinin rəhbəri Aleksandr Rumyantsev ikinci qan qrupuna sahib insanların koronavirusa qarşı həssas olması barədə deyilənləri şərh edib.
Bu barədə “Pul N3” Telegram kanalı xəbər yayıb.


Rusiyalı həkimin sözlərinə görə, bu, yeni iddia deyil: “Bir çoxları qan qruplarını müəyyən xəstəliklərlə əlaqələndirməyə meyillidir. Bu, qan qruplarının kəşfindən bəri belədir. Həmin mövzuda populyasiya tədqiqatları aparılmayıb. Hər bir insanda xəstəlik fərdi xüsusiyyətlərə bağlıdır”.

Qeyd edək ki, bundan əvvəl Rusiyada Federal Tibbi Bioloji Agentliyin rəhbəri Veronika Skvortsova ikinci qan qrupuna sahib şəxslərin koronavirusa daha həssas olduğunu bildirmişdi.

O, dördüncü qan qrupuna sahib olanların COVID-19-a az yoluxduğunu demişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru