Paşinyandan qəribə sözlər: “Söz azadlığı insanları ölümə sürükləyir”

25-06-2020, 20:16           
Paşinyandan qəribə sözlər: “Söz azadlığı insanları ölümə sürükləyir”
Ermənistanda koronavirusla bağlı vəziyyət çox ağırdır. İnfeksiya aşkarlananların sayı 22 mini ötüb.

Təkcə bu gün 771 nəfərin testinin müsbət nəticə verdiyi açıqlanıb. Baş nazir Nikol Paşinyan da vəziyyətin yaxşı olmadığını etiraf edir.

Bizimyol.info xəbər verir ki, Paşinyan hökumətin koronavirusla bağlı mübarizədə əsas səhvini dilə gətirib. Onun fikrincə, müxalifətin və beynəlxalq strukturların məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı çağırışlarına qulaq asmaq işin zərərinə işləyib.

“Söz azadlığı və imtina etmək istəmədiyimiz sosial şəbəkələr insanları ölümə sürükləyir”, - Paşinyanın sözlərinə təəccüblənməmək olmur. Baş nazirin fikrincə, bəzi siyasətçilər düşünür ki, nə qədər çox adam ölsə, bir o qədər sərt açıqlamalar verə bilərlər.

Ermənistanda virusdan ölənlərin sayı da az deyil. Son sutka ərzində daha 11 nəfər həyatını itirib. Ölənlərin ümumi sayı 397-ə çatıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru