"Bu, dilənçiliyin başqa bir formasıdır və geniş yayılmış bir şəbəkədir..."

25-06-2020, 21:29           
"Bu, dilənçiliyin başqa bir formasıdır və geniş yayılmış bir şəbəkədir..."
"Bu, dilənçiliyin başqa bir formasıdır və geniş yayılmış şəbəkədir. Burda vətəndaşa şər ataraq onun pulunu mənimsəmək istədiyi üçün hadisədə cinayət əməli var”

Teref.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyib. Ekspert özlərini avtomilə çırparaq sürücüləri şərləyən adamlarla bağlı tədbir görülməsi üçün hər bir sürücünü diqqətli olmağa və vaxtında polisə müraciət etməyi tövsiyə edib:

"Bu cür adamlarla mübarizə aparmaq üçün avtomobilimizdə videoqeydiyyat cihazı quraşdırmaq lazımdır. Çünki onların harda və nə vaxt peyda olub bizi şərləyəcəyi məlum deyil. Bununla yanaşı, həm də belə faktlar aşkarlananda həm ictimailəşdirmək, həm də polisə məlumat vermək lazımdır ki, məsələ araşdırılsın. Əgər elə bir fakt varsa ki, vətəndaş kimisə şantaj edir, qorxudaraq pul almaq istəyir bu zaman məsələyə ciddi yanaşmaq lazımdır. Çünki nəzərə almaq lazımdır ki, kameramız varsa, biz bundan yaxa qurtara bilirik, amma sabah kamerası olmayan bir sürücünü bu şəkildə şərləyib pulunu alacaqlar. Bu adamlar sınıq, işləməyən telefonları maşına çırpırlar, yalandan ah-nalə çəkirlər, ağlayırlar ki, guya iki yüz manatlıq telefonu sınıb. Bu, dilənçiliyin başqa bir formasıdır və geniş yayılmış bir şəbəkədir. Burda vətəndaşa şər ataraq onun pulunu mənimsəmək istədiyi üçün hadisədə cinayət əməli var”.

Qeyd edək ki, sürücülərdən biri Bakı şəhəri Cəfər Xəndan küçəsində asta sürətlə hərəkətdə olan zaman qarşıdan gələn orta yaşlı bir adam qəfil maşına dəyib. Daha sonra telefonunun yerə düşdüyünü və sındığını bildirib. Həmin şəxs sürücünü avtomobillə onu vurmaqda günahkar çıxarmaq istəsə də avtomobildə videoqeydiyyatçı olduğunu görəndən sonra aradan çıxıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.