Planetimizdə 7 yox, 8 qitə var: "İtmiş qitə" tapıldı (FOTO)

26-06-2020, 00:08           
Planetimizdə 7 yox, 8 qitə var: "İtmiş qitə" tapıldı (FOTO)
Planetimizdə 7 yox, 8 qitə var: "İtmiş qitə" tapıldı (FOTO)
"İtmiş qitə" kimi tanınan Zealandiya ilə bağlı yeni məlumatlar ortaya çıxıb. Yeni zellandiyalı alimlər planetin 8-ci qitəsinin detallı xəritəsini hazırlayıblar.

Alimlər coğrafiya dərsliklərinin yenidən hazırlanmalı olduğu qənaətindədirlər. Belə ki, Dünyada 7 yox, 8 qitə var. Zealandiyanın 94 faizi su altındadır. Araşdırmalara görə, qitə 23 milyon il öncə okeanın dərinliklərinə batıb.

Hazırlanan xəritələrə əsasən 4,9 milyon kvadrat kilometr sahəsi olan Zealandiya dünyanın ən kiçik qitəsi hesab edilə bilər. Burada milyardlarla dollar dəyərində yeraltı qaynaqlar mövcuddur. Yeni qitənin varlığı bu mənbələrin bölüşdürülməsində mübahisələrə yol aça bilər.hit.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru