Hitlerin şəxsi katibəsi onun son günündən danışıb: “Dedi, bütün kişiləri axtalayacaqlar, qadınları da zorlayacaqlar”
27-06-2020, 11:13
Faşist Almaniyasının rəhbəri Adolf Hitlerin şəxsi katibəsi olmuş Tradule Yunge ölümündən əvvəl verdiyi müsahibəsində faşist liderinin bunkerdə keçirdiyi son günlərindən danışıb.
Teref.az-ın xəbərinə görə, intervyüdə Yunge 50 ildən sonra 3-cü Reyxə necə gəlib çıxdığından danışır, bir sıra maraqlı məqamları açıqlayır.
1942-ci ildə 22 yaşlı Yunge dəftərxanadan seçilərək Hitlerin şəxsi katibələrindən biri olub. 1943-cü ildə Junqe Hitlerin şəxsi xidmətçisi Hans Yunge ilə ailə qurub. Yunge bunkerdə Hitlerin diqtə etdiyi son vəsiyyətini yazıb. 50 il ərzində o heç kimə Hitlerlə bağlı xatirələrini danışmayıb.
2001-ci ildə aprel-iyun aylarında yazıçı Melisa Muller onunla silsilə müsahibələri yazıb. Həmin müsahibələr sonra sənədli film üçün material kimi işlənib.
Müsahibədə o Hitlerlə bağlı maraqlı müşahidələrini açıqlayıb: “Hitler bizə tez-tez deyirdi: Heç nədən narahat olmamalısınız. Siz yalnız mən deyəni edin, mən bütün məsuliyyəti öz üzərimə götürərəm. Ömür ötdükcə üzərimdə bir yük hiss edirəm. Deyim ki, mən xoşuma gələn adamın yanında çalışmışdım. Sonradan onun törətdiklərinin detalları aydın olduqca mən gənc Yungeni-özümün gənclik çağımı bağışlaya bilmirəm. Hitlerin qərargahına işə düzəlmək kimi bir təklifin necə böyük və dəhşətli bir yükə çevriləcəyəni heç bir vaxt təsəvvür etməzdim. Özümü bağışlaya bilmirəm. Bu gün etiraf edirəm: Hitler cinayətkar idi. Mən bunu anlamamışam. Mənimlə bərabər Almaniyada milyonlarla insan var idi. Onlar da bu cinayətləri hiss etməmişdilər”.
Yunge Hitlerin yanına necə gəlib çıxdığını da açıqlayıb: “Hitler şəxsi bunkerində olurdu. Reyxin dəftərxanasında işləyənlər arasında Fürerin şəxsi göstərişlərini yazacaq çapçı-maşinist qız axtarırdılar. Müsabiqə elan olundu. Borman israr edirdi ki, mən müsabiqəyə qatılım. Razı oldum. Ora işə düzəlmək üçün xüsusi bir yanğım, istəyim yox idi. Müsabiqədə yaxşı nəticələr göstərdim”.
Yunge deyir ki, 1942-ci ilin dekabrında müsabiqədən keçmiş 10 qızı xüsusi qatarla Hitlerin şərqi Prussiyada yerləşən bunkerinə gətirirlər: “Hitler özü bizi qəbul edəcəkdi. Bizi Hitlerin qaranlıq meşədə yerləşən bunkerinə gətirdilər. O vaxta qədər mən Hitleri yalnız kinojurnallarda və mitinqlərdə görmüşdüm. Onu çılğın, döyüşkən ab-havada olan biri kimi təsəvvür edirdim. Amma bizim qarşımızda yaşlı, xoş ədalı, sakit səslə danışan, gülümsəyən bir cənab durmuşdu. Hər birimizlə görüşəndə düz gözümüzə içinə baxıb bir neçə kəlmə xoş söz deyirdi. Onunla görüşümüz məndə tamam ayrı təəssürat yaratdı”.
Yungenin sözlərinə görə, onları tək-tək Hitlerin diqtə edəcəyi mətni yazmaq üçün Fürerin otağına göndəriblər: “Otağa daxil olanda hiss etdim ki, çox soyuqdur. Hitler otaqların isidlməsini sevmirdi. Çox həyəcanlı idim. Hitler “övladım, həyəcanlanmayın, çətin ki, yazıda mənim qədər səhvə yol verəsiniz”-dedi. Daha sonra o sözləri mənə diqtə etməyə başladı. Hansısa anda əllərim əsməyə başladı. Düzgün hərfin üzərinə döyəcləyə bilmirdim. Xoşbəxtlikdən otağa Hitlerin köməkçisi girdi və Rippentropun telefonda gözlədiyini dedi. Hitler telefonu götürdü və danışmağa başladı. Mən sakitləşməyə fürsət qazandım və çap etdiyim cümlələri yenidən səhvsiz yazdım. Hitler bir neçə mətni də diqtə etdi. Uğurlu alındı. Hitler razı qaldı”.
Yunge deyib ki, o yalnız şəxsi yazışmaları və publik çıxışları yazıb. Hərbi və siyasi mətnləri ona yazdırmırdılar: “Məni Hitlerin kabinetinə apardılar. Orada əvvəldən işləyən daha iki katibə durmuşdu. Hitler mənə dedi: “Fröylin, siz mənimlə işləməyə razı olarsınızmı? Amma deyim ki, qəşəng qızlar mənə problem yaradır: Yanımda çalışan gənc və qəşəng qızlar az sonra ərə gedirlər. Bunun qarşısını almaq üçün zənci qadınları kimi bəlkə ağzınıza dəmir-dümür taxasınız?” –deyə zarafatyana soruşdu. Mən gənc qız səfehcəsinə cavab verdim: “Mənim Fürerim, heç vaxt ərə getməyəcəyəm”. Hitler qəhqəhə çəkib güldü…”
Yungenin sözlərinə görə, 1943-cü ilin fevralında-Stalinqraddakı məğlubiyyətdən sonra hər şey çox dəyişir: “Buna qədər Hitler həmişə öz zabitləri ilə nahar edirdi. Orada müharibənin gedişatından danışırdlar. Amma fevraldan sonra Hitler öz şəxsi katibələri ilə nahar etməyə başladı. Bizə qəti şəkildə tapşırdılar ki, Fürerə Stalinqrad barədə sual verməyək. Hitler dəhşətli gərginlikdən sonra yemək stolunda müəyyən qədər rahatlıq tapmaq istəyirdi. Orada çalışanda elə bilirdim informasiyanın mənbəyinə düşmüşəm, amma sən demə “sukut zonası”na gəlib çıxmışammış…Böyük yalan çevrəsinə…”
Yunge 3-cü Reyxin rəhbərinin sağlamlığı ilə bağlı danışıb: “Mədəsində və həzm sistemindəki problemdən savayı Hitlerin səhhətində heç bir problemi yox idi. Ola bilsin buna görə vegeterian həyatı sürürdü. Çox az təmiz hava almasına, az hərəkətinə rəğmən çox sağlam görünürdü. O, siqaret çəkmirdi, spirtli içki içmirdi. Şəxsi həkimi doktor Morallesə çox etibar edirdi. Keçmiş gəmi həkimi olan doktor bir neçə il Hindistanda yaşamışdı. Doktor ona tez-tez həzm sistemini yaxşılaşdırmaq üçün müxtəlif həblər verirdi. Həmçinin Hitlerə hormonal və vitamin iynələri vururdu. Mən Hitlerin şəxsi qulluqçusundan onun barəsində soruşurdum. Öyrənmişdim ki, Hitlerin kiminsə ona toxunmasından qətiyyən xoşu gəlmirdi. Masaja önəm vermirdi. Deyirdi ki, şortik geyinməyi sevmir, çünki heç bir idmançı forması yoxdur. Çox təmizkar idi. Hətta sevimli itini sığalladıqdan sonra dərhal əllərini yuyurdu. Onun iti Blondi Hitler üçün çox əhəmiyyətli idi. Hitler deyirdi ki, iti çox ağıllıdır…İtinə çox bağlı idi”.
Yunge Hitler barədə qənaətlərini də bölüşüb: “O adi insanlar barədə heç vaxt düşünmürdü. İnsanlıq onu üçün heç bir əhəmiyyət daşımırdı. Böyük və məğlubedilməz Almaniya, Reyx, onun şöhrəti və sarsılmazlığı hər şeydən üstün idi. Ayrıca fərdlər onun üçün heç bir əhəmiyyət daşımırdı. Halbuki, həmişə deyirdi ki, insanları xoşbəxt etmək istəyir. Amma şəxsi səadət onun üçün heç bir əhəmiyyət daşımırdı. O heç vaxt sevgi barədə danışmırdı. Hitlerdən bir kəlmə olsun belə bu barədə eşitmədim. İndi bunun fərqinə varıram…
Hitler ailə qurmaq barədə də düşünmürdü. Onun uşaqlar barədə fikri mənim yadımdadır. Deyirdi ki, “uşaqlar riskli məsələdir. Dahilərin övladlarının axmaq və səfeh olması mümkündür”. Bu məni heyrətə salırdı: Adam özü-özünü necə dahi saya bilər?”
Yunge daha sonra 1944-cü ildə Hitlerə qarşı törədilmiş məşhur sui-qəsddən danışıb: “20 iyul 1944-cü ildə -isti yay günüdə biz bunkerdən çıxıb çay kənarına gəzməyə getmişdik. Hərbi məsələlərlə bağlı iclasın olacağından xəbərsiz idik. Geri qaydında xeyli maşın gördük. İclas davam edirdi. Otaqlarımıza getdik. Bir qədər sonra dəhşətli partlayış səsi gəldi. Qışqırıq səsləri ucaldı, həkim çağırmağa başladılar. Biz Hitlerin bunkerinə doğru qaçdıq. Əsgərlər qarşmızı kəsib “ora getmək olmaz” deyirdilər. Hamımız şokda idik: Fürerin başına nə gəldiyini bilmirdik, yaralı idimi? Ümumiyyətlə nə baş verdiyindən anlamırdıq. İclasın keçirildiyi yerə daxil olmaq istəyəndə qan içində olan iki nəfər- general Yodl və digər general bizə yaxınlaşdı. Dedilər ki bizi ora buraxmayacaqlar, geri qayıdaq. Baş vermiş hadisə bizdə şok yaratmışdı. Biz bilmirdik əgər Hitler həlak olubsa nə baş verəcək? Həyat bizi hara aparacaq?Ölkəyə müharibə vaxtı kim rəhbərlik edəcək?”
Yunge qeyd edir ki, onları nigarançılıqdan Hitlerin adyutantı qurtarıb: “Otağımıza Otto Günşe gəldi və dedi ki, narahat olmayaq, Hitler sağdır və öz bunkerindədir. Əgər onu görmək istəyiriksə ora gedə bilərik. Biz dərhal Hitlerin bunkerinə getdik. O otağın ortasında durmuşdu. Elə qəribə görünüş var idi ki, gülməyimizi güclə saxladıq. Saçları pırpız və qarışıq, köynəyi əynində sallanıb durmuşdu. Hitler bizi təntənəli təbəssümlə qarşılayıb dedi: “Mən xilas olundum. Tale məni seçdi. Bu, səmadan bir siqnaldır. Mən işimi gərək sona çatdırım. Bu qorxaqlar mənə üzbəüz güllə atmağa cəsarət eləmədilər, bomba qoydular”. O çox qəzəbli idi. Hitlerin fikrincə, yeni bina üçün mühəndis işləri aparan hissədən olan əsgərlərdən kimsə iclas stolunun altına bomba qoyub. Həmin axşam biz Hitlerlə birgə şam yeməyi yedik. O deyirdi ki, yeni yerin tikilməsi ilə əlaqadar iclası bunkerdə keçirib. Əgər yerini dəyişdirməsə idi indi sağ deyildi”.
Yungenin sözlərinə görə, rabitəçinin verdiyi bir məlumat sui-qəsdlə bağlı şübhələri ayrı yerə yönəltdi: “Hitler sui-qəsdin mümkün təşkilatçılarını müzakirə edərkən bir rabitəçi yaxınlaşıb dedi ki, “Fürerim, polkovnik Ştaufenger həmin vaxt barakdan çıxıb. Telefonla zəng vuracağını deyib. Amma heç yerə zəng vurmayıb”.
Yungenin sözlərinə görə, bununla bütün şübhələr inşaatçılardan pokovnikin üzərinə keçdi. İnformasiyanı dərhal Berlinə ötürdülər. Bunkerdə ali zabit sırasından belə xəyanət panika yaradır: “Hitler qəzəbindən əsirdi: “Lənətə gəlmişlər…Siz bilmirsinz mən öləndən sonra Almaniyada, Avropada nə baş verəcək? İudazim yenə hakim qüvvəyə çevriləcək. Bu nifrət bütün Almaniyanı, Avropanı məhv edəcək. Siz təsəvvür edə bilmirsiniz düşmənlər Almaniya ilə nə edəcəklər? Heç kim bunun qarşısında dura bilməyəcək. Ancaq mən dura bilərəm. Heç kim mənim qarşımda dura bilməz. Almaniya gərək hökmən müharibədə qalib gəlsin”.
Yunge qeyd edir ki, sui-qəsddən sağ çıxması Hitleri bir daha əmin etdi ki, doğru yoldadır: “Bəlkə bu sui-qəsdə qədər o, sülh danışıqları barədə danışa bilərdi, amma bundan sonra bu söhbət aradan qalxdı. Hitler elə həmin axşam alman xalqına radio ilə müraciət etdi. O, özünün “möcüzəvi xilasından” danışdı, və qələbə üçün qurban verilməyin vacibliyni vurğuladı. Hitler elə hey deyirdi ki, “biz qalib gəlməliyik”…”Bolşevizm qalib gələ bilməz…” “Bunun baş verməsinin qarşısı alan yeganə adam mənəm”. “Almaniyasız Qərbi Avropa bu lavann qarşısını ala bilməz”. O buna əmin idi. Bununla yanaşı o artıq qələbə çalmağın mümkün olmadığnı görməyə bilməzdi. Mənə elə gəlir Hitler reallıq hissini artıq itirmişdi”.
Yungenin sözlərinə görə, Hitlerin müharibəyə yüngülsayaq yanaşdığını demək olmazdı. O da müharibənin şər olduğunu başa düşürdü: “Bir dəfə Hitlerə “ Fürerim, bomba zərbələrindən alman ailələri evsiz-eşiksiz qalır. Bu dəhşətdir. Necə olacaq?” sualını verdim. Hitler cavabında “mən yaxşı təsəvvür edirəm, siz nə deyirsiniz. Biz qisas alacağıq. Müharibədən sonra Almaniyanı yenidən tikəcəyik”.
Hitler bir dəfə də olsun bombardamandan məhv edilmiş şəhəri görmədi. Biz Almaniyada pərdəli xüsusi qatarla hərəkət edirdik. Avtomobil sürücü xüsusi olaraq şəhərin az dağıntı olan küçələrini seçərək hərəkət edirdi.
Hitlerin otağında heç vaxt gül olmurdu. O dərilmiş gülləri sevmirdi. Ölü güllər kimi baxrdı onlara. Milyonları öldürən adam otağında ölü, dərilmiş güllər qoyulmasını istəmirdi”.
Yunge daha sonra müharibənin sonuncu ayında Hitlerin bunkerində baş verənlərdən, oradakı əhvaldan danışır:
“21 aprel 1945-ci ildə Hitler bunkerdə iclas çağırdı. Baş qərargahın bütün zabitləri gəlmişdilər. Hitler qəfildən iclas zalından öz otağına keçdi. Bunkerdə olan Yeva Braundan tutmuş aşpaza qədər qadınları çağırdı. Hitler bizdə dedi: “Hər şey bitib. Siz gərək təcili Berlini tərk edəsiniz”. Onun sifəti daş maskanı xatırladırdı. Biş çaşqın halda durub baxırdıq. Yeva Braun ona yaxınlaşdı, Hitlerin hər iki əlini əlinə alıb dedi: “Sən gərək başa düşəsən, mən burda qalıram. Səni tərk etməyəcəyəm”. Hitler onu hamının qarşısında ilk dəfə özünə tərəf çəkib qucaqladı və dodaqlarından opdü. Mən də dedim ki, “bunkerdə qalıram”. Bunu nə üçün dedim? Yəqin hara gedəcəyəmi təsəvvür edə bilmədiyim üçün…Daha sonra Hitler dedi: “Mən gərək intihar edəm”. Biz otaqdan çıxdıq.
Yungenin xatirəsinə görə, Hitler artıq hər şeyin bitdiyini israr edirdi. O deyirdi ki, vəziyyəti xilas etmək artıq mümkün deyil: “Amma generallar müxtəlif planları təqdim edirdilər. Amma bütün bunla mənasız idi”.
Yungenin sözlərinə görə, aprelin 21-dən sonra fəlakətlər bir-birinin ardınca gəlirdi: “Bunkerdəki personalın yarısını cənuba göndərdilər. Hitlerin adyudantı bütün şəxsi yazışmaları və sənədləri bir qutuya cəmləməli idi. Bəzilərini o bunkerdə yandırdı. Qalanlarını son dəfə uçan təyyarəyə yüklədilər. Daha sonra onun getmək vaxtı çatdı. O Münhenə getməli və orada sənədləri yığmalı və bəzilərini məhv etməli idi. Hitlerlə göz yaşları içində ayrıldı”.
Yunge həmçinin bunkerdəki son vəziyyəti xatırlayıb: “Bunkerdə qalanlar kabus kimi gəzirdilər. Biz bilmirdik ki gün nə vaxt başlanır nə vaxt bitir. Yeməyin dadını belə itirmişdik. Hamı özünü ağrsız necə öldürməyi düşünürdü. Biz Hitlerə sual verirdik: “Nə üçün qaçmağa cəhd etmir?” O isə “düşmənin pəncəsinə sağ keçmək istəmirəm” deyirdi. “Bəs niyə intihar etmək istəyirsiz?” sualına “Sadiq əsgərlərimidən heç biri mənə güllə atmaz” cavabını verdi. Hitlerin üstündə Himlerin ona verdiyi br neçə zəhər ampulası var idi. Sovet əsgərlərinin şəhərlərdə qızların başına gətirdikləri barədə yayılan şaiyələr hamını qorxutmuşdu. Biz də zəhər ampulası hazırlamışdıq. Hitler bizə həblər verdi və dedi: “Sizə vida hədiyyəsi olaraq daha yaxşı şeylər vermək istərdim”.
Yunge Almaniyanın təbliğat naziri Gebbelsin bunkerə öz ailəsi ilə gəlməsini də açıqlayıb: “Gebbels məni dəhlizdə gördü və dedi: “Frau, zəhmət olmasa bunkerdə mənim uşaqlarımın yatması üçün bir yer hazırlayın”. Uşaqlar üçün yer hazırladıq. Tezliklə frau Gebbels altı uşağı ilə gəldi. Uçaqlar şən əhvalda idilər. Onlar sevinirdilər ki daha “Adolf əmi ilə” bir yerdə olacaqdılar. Qarşıda daha dəhşətli günlər gözlənilirdi”.
Yungenin sözlərinə görə, bunkerdə gərgin ab-hava hökm sürürdü: “Heç bir real xəbər gəlmirdi. Bunkerdə iclaslar olurdu, onlar isə ümidsiz halda yarımçıq qalırdı. Hitler bütün ümidini itirmişdi. Çəkilib öz otağında ya da adətən dəhlizdə otururdu. Təzə doğulmuş küçükləri əli ilə özünə tərəf sıxaraq yorğun sifəti ilə bir nöqtəyə baxırdı. Biz anlamırdıq ki, o nəyi gözləyir”.
Yunge bildirir ki, zabitlər isə müxtəlif planlarla bunkerə gəlirdilər: “Onlar Qərbə doğru gedən general Venkofun komandan olduğu ordunu geri çağırmaq və müdafiə xətti hazırlamaq barədə təklif vermişdilər. Bu ordu general Ştayanerin Şimaldan gələn hissələri ilə birləşməli idi. Bu zaman Berlini xilas etmək olardı. Bu ideya Hitleri canlandırdı. O yenidən ümumi vəziyyətlə maraqlanmağa başladı. İclaslar çağrılırdı”.
Yungenin sözlərinə görə, bunkerdə artıq daimi qida yox idi, qayda-qanun da itmişdi. Hətta Hitlerin yanında siqaret çəkməyə başlamışdılar: “Axşamlar çay içirdlər. Hitler apotik görkəmdə idi. Bunkerdə hamı robot kimi gəzirdi. Döyüş səngiyəndə Yeva Braunla bunkerdən çıxıb br az hava alırdıq. Yaz gəlmişdi, ağaclar çiçəkləmişdi. Yadımdadır, Yeva bağçada gözəl bir heykəl gördü. Xoşuna gəlmişdi. Bunkerə qayıdanda Hitlerə dedi ki, “ruslara qalib gələndən sonra o heykəli mənə alarsanmı?”. Bu, dəhşətli mənzərə idi. Biz intihar etməyin yollarını müzakirə edirdik. Ən rahat yol gülləni ağzına sıxmaq olduğu deyilirdi. Heç bir əzab çəkmirdin. Yeva deyirdi: “Mən gözəl ölü olmaq istəyirəm,ona görə zəhər içəcəyəm”. Biz sanki transda, şokda idik…Avtomatik hərəkət edirdik. Emosiyanı analiz etmədən…”
Yungenin sözlərinə görə, qəfildən bunkerdə şaiyə yayıldı ki, Himler müttəfiq ordularla gizli danışıqlar aparır. O, Hitleri bunkerdə sağ tutub təhvil vermək üçün plan hazırlayır: “Qəfildən bütün hadislər başqa cür cəryan etməyə başladı. Gerinq vitse-kansler təyin olundu. O Berkhofda idi. Birdən ondan teleqram gəldi: “Mənim Fürerim, siz Berilndən situasiyanı idarə edə bilmədiyinizə görə, mən 22 saatlıq özümü sizin varisiniz elan edirəm. Əgər sizdən heç bir göstəriş almasam bu addımı atacağam”. Teleqramı Martin Borman almışdı. O yenə də Hitlerə gələnə btütün informasiyalara nəzarət edirdi. Borman teleqramı Hitlerə verdi və bunun mənası haqqında düşünməyə çağırdı. Hitler teleqramı xəyanət kimi qiymətləndidi və Gerinqi bütün qərargahı ilə birgə həbs olunması barədə əmr verdi”.
Yunge bildirir ki, bundan sonra Hitler hamıdan şübhələnməyə başlayır. O hətta öz bacanağı Fiqelaynı da güllələməyi əmr etmişdi: “Aprelin 22-də o Fiqelyanı bütün vəzifələrdən azad etdi. Az sonra Figelayn yoxa çıxdı. Onu bunkerdə tapa bilmədilər. Yeva onu Münxendə telefonla axtarıb tapdı. O Yevanın bacısı əri idi. Yevaya yalvarırdı ki, bunkerdən çıxaraq Münxenə gəlsin. “Gəlməsən məhv olacaqsan orda” demişdi. Yeva imtina etmişdi və onun bunkerə qayıtmasını tələb etmişdi. Fiqelayn gəlmədi”.
Daha sonra Yunge Hitlerin lap son günləri barədə danışıb: “Hər şeyin bitməsinə isə 3 gün qalırdı. Bunkerdə ruh kimi dolaşırdıq. Hitler qərara gəldi ki, sevimli itin zəhərləsin. Himlerin xəyanətindən sonra Hitler ondan aldığı zəhərin tərkibinə inanmırdı. O zəhəri it üzərində sınaqdan keçirmək qərarına gəlmşdi. Beləcə Blondini zəhərlədilər. Zəhər ildırım sürəti ilə təsir elədi. O zaman anladım ki, bu bunkerdə ölməkdən pis heç nə ola bilməz”.
Yunge Hitler və Yeva Braunun bunkerdə necə evlənməsindən də danışıb: “Aprelin 28-də Hitler və Yeva sovet artilleriyasının atəşi altında evləndilər. Mərasimdən sonra öz otaqlarına getdilər. Mən arxalarınca gedirdim. Hitler məndən “övladım, siz dincələ bilmisiniz?” soruşdu. Mən “bəli” dedim. Hitler dedi: “Qonşu otağa keçək. Mən sizə bəzi şeyləri diqtə etmək istəyirəm”. Boş otağa daxil olduq. Hitler heç nə ifadə etməyən gözlərini boşluğa dikib “mənim siyasi vəsiyyətimi yazacaqsınız” dedi. Öz-özümə dedim ki, nəhayət nə baş verdiyini, müharibəni nə üçün uduzduğumuzun səbəbini biləcəyəm.
Hitler yenə əvvəlki sözlərini təkrarlamağa başladı: “Günahkarlar yəhudilərdir, dünyanı xilas etmək lazım idi. Alman xalqı öz tarixi missiyasına hazır deyildi. Ona görə alman xalq məhvə məhkumdur. Nasional-sosializm çökdü və bir daha yüksələ bilməyəcək”.
Hitler həmçinin hökümətin yeni tərkibini təsdiq etdi. Hər şey məntiqdən kənar və mənasız görünürdü. Daha sonra Hitler özünü şəxsi vəsiyyətini diqtə etdi və dedi: “övladım, bunu 3 nüsxədə çap edin”. Bunkerdə isə hamı Hitlerin nigahnı qeyd edirdi. Mən məclisdə yox idim. Orada Borman, Gebbels və arvadı, adyutant iştirak edirdi”.
Yungenin sözlərinə görə, həmin vaxt təbliğat naziri ona yaxınlaşıb: “Otağa Gebbels daxil oldu. O göz yaşı içində mənə dedi: “Frau Yunge, Hitler mənə Berlini tərk etməyi əmr etdi. Mən bunu edə bilmərəm. Mən Berlinin komendantıyam”. O vəsiyyətnaməyə baxaraq bildirdi ki, fürerin son əmrini yerinə yetirə bilməyəcək. Gebbels dedi ki, onun yeri burdadır və özünü öldürəcək.
Vəsiyyətnamələr 3 istiqmətə göndərildi. Hitler bildirdi ki, məktubun çatması barədə birinci bildiriş gələn kimi hamı ilə vidalaşmağa başlayacaq. Biz yenə gözləməyə başladıq”.
Yunge daha sonra bunkerdəki son iki gün barədə danışıb: “Sonuncu iki gün sadəcə dəhşət idi. Gebbelsin uşaqları bunkerdə idi. Gebbelsin arvadı ətrafda kabus kimi dolaşırdı. Çantasında zəhər vardı. O uşaqlarla danışa bilmirdi. Uşaqlara isə demişdilər ki, onlara iynə vurulacaq. Bu sağlamlığın qorunması üçündür. Böyük uşaq Helqa 10 yaşında idi. Onun elə kədərli gözləri var idi ki… Qızcığaz sakit halda durub bizə baxırdı. Mənə elə gəlir ki, nə baş verəcəyini başa düşürdü.
Yungenin sözlərinə görə, son iki günü indi yaxşı xatırlamasa da aprelin 30-nu yaxşı yadındadır: “Uşaqlar çox bərbad görünürdülər. Mən onlardan yemək yeyib yemədiklərini soruşdum. Uşaqlar dedilər ki heç nə yeməyiblər. Onları otağa aparıb yemək hazırladım. Yağ çörək marmeladla verdim”.
Yunge deyib ki, Hitler inthar etməzdən əvvəl hamını çağırıb: “Hitler vidalaşmaq üçün bizi çağırdı. Mən mum kukla kimi ona tərəf getdim. O heç nə ifadə etməyən sifəti ilə otaqda durmuşdu. Sanki bu dünyada deyildi. Əlimi sıxdı. Mənə dediyi son sözləri başa düşmədim. Digər iki qızla da sağollaşdı. Sonra Yeva Braun məni qucaqladı: “Frau Yunge, çalışın evə gedin. Məndən Bavariyaya salam deyin”.
Yevanın köməkçisi israrla Gebbelsin arvadına deyirdi ki, o uşaqları özü ilə götürüb apara bilər. İcazə versin. Frau Gebbes dedi ki, bu mümkün deyil. Uşaqlarının biabırçılığla alçaldılmasına yol verə bilməz”.
Yungenin sözlərinə görə, bunkerdə keçirdikləri uzun müddət onları real həyatdan ayrı salmışdı: “Biz təsəvvür edə bilmirdik ki, kənarda həyat necə olacaq. Gerçəklikdən ayrı düşmüşdük. Yalnız Hitlerin bizə dediyi fikirlərlə yaşayırdıq: “Bütün kişiləri axtalayacaqlar, Almaniyanı yerlə yeksan edəcəklər, sənayesi olmayan primitiv bir dövlət olacaq, bütün qadınları isə zorlayacaqlar”. Mən təsəvvür edə bilmirdim ki, həyat necə davam edəcək.
Hitler hamı ilə vidalaşdı. Mən Gebbelsin uşaqları ilə pilləkəndə oturmuşdum. Atəş səsi gəldi. Helmut dedi “düz “onluğa dəydi”. Yerimdə quruyub qalmışdım. Bir qədər sonra Günşe pillələrlə qalxmağa başladı. O Hitlerin otağından çıxmışdı. Kağız kimi ağarmışdı. Dedi: “Mən elə indicə Fürerin son əmrini yerinə yetirdim. Onun cəsədini yandırdım”.
Mən düşüb baxmağa ürək eləmədim. Burdan o yana heç nə xatırlaya bilmirəm. Beynimdə sanki “qara deşik” yaranır. Yadıma düşür ki, bunkerdə qalanları axtarmağa başladım. Onlar oturub içirdilər. Borman, Gebbels da orada idi. Həmin an mən birdən Hitlerə qarşı özümdə dəhşətli bil nifrət hiss etdim. O bizi ataraq bu bağlı tələdə qoyub getdi. Bunkerdə olanlar birdən cansız və marionet kuklalar kimi görünməyə başladılar. Çünki kukla oynadan artıq getmişdi. Heç kimin öz həyatı yox idi. Hamı cibində zəhər gəzdiridi. Nə edəcəyimi bilmirdim”.
Müharibə bitdikdən sonra dünya Hitlerin dediyi kimi olmadı. Yunge bunkerdən qaça bilir. 9 iyun 1945-ci ildə onu sovet komandanlığı həbs edir. Yunge dekabra qədər sovet əsirliyində qalır. Ev həbsindən sonra ona xeyriyyə hospitalında işləməyə icazə verirlər. Sovet tərcüməçi zabitinin köməyi ilə Yunge Almaniyanın qərb sektoruna qaça bilir. 1946-cı ildə evinə Bavariyaya qayıdır. Orada onu ABŞ hərbiçiləri həbs edirlər. 3 həftə həbsxanada qalır.
Yunge sonda faşizm cinayətlərinin onun həyatını tam alt-üst etdiyini bildirir: “Nürenberq məhkəməsində açılan cinayətlər mənim üçün şok oldu. Əvvəlcə mən bunlarla öz keçmişim arasında hansısa əlaqə görmək istəmirdim. Hesab edirdim ki, baş verənlərdə mənim heç bir şəxsi gühanım yoxdur. Bunlar barədə heç nə bilməmişəm. Bir dəfə Frans-İosif küsəsi ilə gedəndə orada Hitlerə qarşı mübarizə apardığına görə edam olunmuş gənc qızın heykəlini gördüm. Baxdım ki, onun edam olunduğu ildə mən Hitlerin yanında işə başlamışam. Həmin an başa düşdüm ki, gənc olmaq baş verənləri anlmadığını demək üçün sənə bəraət vermir”.
Müharbədən sonra Yunge qəzetdə məsul katib işləyib. “Hitlerin son günü” filmində məsləhətçi olub. Daha sonra elmi jurnalistka ilə məşğul olub. Güclü depressiyaya görə tez pensiyaya çıxıb. Haqqında çəkilmiş sənədli filmin Berlində təqdimatı günü 10 fevral 2002-ci ildə Münhen xəstəxanasında vəfat edib.Azpost.info