Koronavirus beyin zədələnməsinə səbəb olur? - Şok araşdırma

27-06-2020, 12:13           
Koronavirus beyin zədələnməsinə səbəb olur? - Şok araşdırma
İngiltərədə COVID-19-a yoluxan 125 xəstə üzərində tətqiqat aparılıb və müəyyən olunub ki, virusa yoluxan hər 10 xəstədən 6-da beyin zədələnməsi ola bilər.

Teleqraf.com xəbər verir ki, 125 xəstədən 77-nin, yəni 62 faizinin xəstəxanada olduğu müddətdə bir dəfə insult keçirdiyi və hər 3 nəfərdən 1-də psixoz və ya demansa bənzər simptomların olduğu aşkarlanıb.

Elm adamları, koronavirusun xəstəliyi ağır şəkildə keçirənlərin üçdə birinin beynində qan axışını dayandıran və iflicə səbəb olan laxta meydana gətirdiyini açıqlayıb. Tədqiqatlar laxtalanmaların niyə meydana gəldiyini dəqiqləşdirməyə davam edir, lakin mütəxəssislər laxtalanmaların koronavirusun yaratdığı ciddi iltihablardan qaynaqlandığını düşünürlər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.