Rəsulzadə və Hacınski ermənilərə dövlət yaradılmasının vacibliyini bildiriblər-tarixçi Vasif Qafarov-VİDEO

27-06-2020, 13:10           
Rəsulzadə və Hacınski ermənilərə dövlət yaradılmasının vacibliyini bildiriblər-tarixçi Vasif Qafarov-VİDEO
SPACE TV-də yayımlanan “Sadə həqiqətlər” verilişinin budəfəki buraxılışında da tarixçi-alim Vasif Qafarov qonaq olub.

Teref.az Kult.az-a istinadən xəbər verir ki, buna səbəb ötən həftə yayımlanan verilişdə Vasif Qafarovun Xalq Cümhuriyyəti ilə bağlı səsləndirdiyi fikirlərin böyük rezonans yaratmasıdır.

Vasif Qafarov barəsində təhqir və tənqid səsləndirənlərə cavab olaraq, bu dəfə də fikirlərində israr edib və tarixi faktlardan danışaraq, Rəsulzadə və Hacınskinin Tələt və Ənvər paşaların erməni dövlətinin yaranmaması barədə mövqelərinə qarşı getdiklərini bildirib.

"Rəsulzadə və Hacınski Osmanlı paşalarına məktub yazaraq, Qafqazda 3 dövlət yerinə iki dövlət (Azərbaycan və Gürcüstan) yaradılmasına qarşı çıxdıqlarını, ermənilərə dövlət yaradılmasının vacibliyini bildiriblər və buna görə ermənilərə torpaq güzəştə getməyə hazır olduqlarını qeyd ediblər", - V.Qafarov bildirib.

V.Qafarovun heç də birmənalı qarşılanmayacaq budəfəki çıxışını da təqdim edirik:













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.