Ən çox şikayət olunan sığorta şirkətləri - “Rəvan Sığorta” SİYAHIDA "LİDERDİR"

27-06-2020, 18:53           
Ən çox şikayət olunan sığorta şirkətləri -
Azərbaycanda ən çox neqativ xəbərləri dərc edilən sığorta şirkətlərinin adları məlum olub.

"Media Consulting & Sevices” (MC&C) media monitorinq qrupunun 2019-cu ilin noyabr ayı üzrə açıqladığı hesabatına istinadən xəbər verir ki, bu dövr ərzində haqqında ən çox neqativ xəbərlər dərc olunan şirkətlər- "Paşa Sığorta”, "Atəşgah Sığorta”, "Rəvan Sığorta”, "Meqa Sığorta” və "AtaSığorta şirkətidir.

Noyabr ayı ərzində ölkə mətbuatında "Rəvan Sığorta” haqqında 30 neqativ xəbər, "Atəşgah Sığorta” haqqında 18, "Paşa Sığorta” haqqında 15, "AtaSığorta” haqqında 14 və "Meqa Sığorta” aid 12 şikayət xarakterli məlumat dərc edilib.

Qeyd edək ki, neqativ xəbərlər daha çox şikayət xarakterlidir.

Haqqında şikayət olunan

Sığorta Şirkətləri

Neqativ xəbərlərin sayı (2019, noyabr)

Rəvan Sığorta 30

Atəşgah Sığorta 18

Paşa Sığorta 15

AtaSığorta 14

Meqa Sığorta 12
icmal.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.