“On minlərlə insanı koronavirus yox, yanlış tövsiyələr öldürüb” – “Yalnız iki aydan sonra məlum olub ki...”

28-06-2020, 09:36           
“On minlərlə insanı koronavirus yox, yanlış tövsiyələr öldürüb” – “Yalnız iki aydan sonra məlum olub ki...”
ABŞ və Avropanın bir sıraölkələrinin koronavirus pandemiyasının yayılmasına görə Ümumdünya Səhiyyə Təşkilatını(ÜST) ittiham etdiyi məlumdur.

Moderator.az xəbər verirki, bu günlərdə ABŞ mediası ÜST və eləcə də Avropa Xəstəliklərin QarşısınınAlınması və İdarəetmə Mərkəzinin ünvanına yeni ittihamlar səsləndirib. İttihamlardabildirilir hər iki qurum pandemiyanın ilk başladığı dönəmlərdə koronavirus vəonun yayılma vasitələri ilə bağlı bir sıra yanlış tövsiyyələr verib, sərt və qətiaddımlar atmaqdan çəkinib. Ən böyük səhv isə koronavirusun yalnız SARS xəstəliyindəolduğu kimi, aşkar simptomlara malik şxəslər tərəfindən yayılması qənaəti olub.Yalnız iki aydan sonra məlum olub ki, koronavirus aydın simptoimları olmayan şəxslərtərəfindən də yayıla bilir.

Məlumata görə, mütəxəssislərinapardığı təxmini hesablamalar göstərir ki, əlaqədar qurumların bu kobud səhvion minlərlə insanın ölümünə yol açıb, yoluxmaların miqyasını genişləndirib. Beləki, Çin, Sinqapur və s. ölkələrin təcrübəsi əsasında aparılan araşdırmalar sübutedib ki, yayılmanın minimum 30, maksimim isə 60%-i koronavirusa yoluxan, fəqətsimptomları müşahidə edilməyən şəxslərin payına düşür.

Məqalədə qeyd edilib ki,adıçəkilən qurumlar ilkin dövrdə meydana çıxan dəlilləri bəzi məqamlarda nəinki qəbul etməkdə çətinlik çəkib, həttaonlara müqavimət göstərib, çevik və kəskin addımlar atmaq istəməyib. Məhz bu səbəbdəndə pandemiya sürətlə genişlənərək bəşəriyyətin bir nömrəli probleminə çevrilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.