Dağıstanda barəsində cinayət işi açılan azərbaycanlıların adları məlum olub

29-06-2020, 08:26           
Dağıstanda barəsində cinayət işi açılan azərbaycanlıların adları məlum olub
Dağıstanda Rusiyadan Azərbaycana maneəsiz qayıtmaq tələbilə keçirilən etiraz aksiyasından sonra həbs edilərək, barəsində cinayət işi açılan azərbaycanlıların adları məlum olub. Adları Turan agentliyi yayıb.

Nahid Rəhman oğlu Ağayev -1980-ci ildə anadan olub;

Elbrus İdris oğlu Əhmədov -1983-cü il;

Rövşən Arif oğlu Hüseynov -1988-ci il;

Tural Nazim oğlu Qiyasov -1996-ci il;

Ceyhun Arzu oğlu Namazov -1999-cu il;

Emin Sahib oğlu İmaməliyev -1999-cu il;

Elmar Məhəmməd oğlu Musayev -1990-ci il;

Elmar Heydər oğlu Mehdiyev -1990-ci il;

Ənvər Burjula oğlu Muradov -1990-ci il;

Əziz Əfqan oğlu Fərəkzadə -1994-cü ildə anadan olub.

Məlumatda həmçinin bildirilir ki, onlara qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 318-ci maddəsinin ikinci hissəsi üzrə ittiham irəli sütülüb: öz vəzifə borcunun icrası ilə əlaqədar hakimiyyət nümayəndəsinə və ya onun yaxınlarına qarşı həyat və ya sağlamlıq üçün təhlükəli olan zorakılığın tətbiqi -on ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Həmçinin RF CM-in 167-ci maddəsinin birinci hissəsi: özgə əmlakının qəsdən məhv edilməsi və ya zədələnməsi, əgər bu əməllər ciddi ziyan vurmaqla nəticələnibsə- qirx min rubla qədər və əməkhaqqının həcmində və ya üç ayadək müddətdə məhkumun digər gəlirinin həcmində və ya üç yüz altmış saat müddətinə məcburi işlər və ya bir il müddətinə islah işləri və ya iki il müddətinə məcburi işlər və ya üç ay müddətinə həbs və ya iki ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

İstintaqın versiyasına görə, iyunun 15-də vətənə buraxılmamasından, Qullar kəndi yaxınlığında müvəqqəti çadır düşərgəsində və yataqxanada qalmasından narazı olan 400 nəfər Azərbaycan vətəndaşı etiraz əlaməti olaraq “Qafqaz” federal trassını bağlamağa cəhb edib.

"Etiraz edən bəzi Azərbaycan vətəndaşları “polis əməkdaşlarına tabe olmayıblar, onlara daş və başqa əşyalar ataraq hakimiyyət nümayəndələrinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zorakılıq tərbiq ediblər”,- işi aparan RF İstintaq Komitəsinin press-relizində qeyd olunub.

İstintaqın versiyasına görə, doqquz polis xəsarət alıb, beş xidməti maşına ziyan dəyib. İstintaq Komitəsində ümumi zərər təxminən 400 000 rubl qiymətləndirilib

Müstəqil KİV-in qiymətləndirmələrinə görə, etiraz aksiyalarında iştirak etmiş 400 Azərbaycan vətəndaşının təxminən yarısı etirazçıların dağıdılması zamanı polis zorakılığı ilə üzləşib.

Cinayət ittihamı ilə həbs edilmiş 10 Azərbaycan vətəndaşından başqa 80-ə yaxın Azərbaycan vətəndaşı qısamüddətli inzibati saxlanmalara məhkum edilib ki, onların da çoxu artıq müddət bitdiyinə görə azad edilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.