Etibar Əliyev: "Mehman Hüseynov hər gün ofisimizə gəlirdi, deyirdi ki…" - QALMAQAL
29-06-2020, 14:22
"Allah Mehman Hüseynova şəfa versin, tezliklə sağalsın. Burada söhbət onun "Facebook" sosial şəbəkəsində paylaşdığı şəklindən gedir. Dovşan libası geyinib, xalqı təhqir edib, "Dovşan xalqın nümayəndəsiyəm" deyib. Mən bu təhqirə reaksiya vermişəm. Axı bu xalq sənə dəstək verib, müalicən üçün kifayət qədər vəsait toplayıblar, narahat olublar".
Bunu Pravda.az-a açıqlamasında deputat Etibar Əliyev deyib.
E.Əliyev Mehman Hüseynovun "Etibar Əliyev mənim hesabıma deputat olub" fikrinə də münasibət bildirib: "Mehman Hüseynov dönə-dönə təkrar edir ki, onun hesabına deputat seçilmişəm. Qətiyyən belə deyil. Bir sirr açım, onu deputatlığa namizəd Fərəc Quliyevin səsini yazmağa mən göndərməmişəm. Özü bunu edib, səsi yazıb və yayıb. Sonra nə hadisələr baş veribsə, deyə bilmərəm... Mən səsvermə əsasında deputat seçilmişəm. Bir daha təkrar edirəm, onu Fərəc Quliyevin üzərinə mən göndərməmişəm. Mehman Hüseynov hər gün bizim ofisimizə gəlirdi. Deyirdi ki, Fərəc Quliyevin onda səs yazısı var. Mehman Hüseynovun danışdıqlarının hamısı yalandır. O bizim ofisimizə niyə və üçün gəlib? Hamısını yalan danışır... Səsvermənin nəticələri ilə bağlı da yanlış informasiyalar verir. O kimdi onun hesabına deputat olam".
Deputat Mehman Hüseynovla bağlı sosial şəbəkədə yazdığı statusu silməsinə də aydınlıq gətirib: "Bəli, status yazmışdım, paylaşanlar da olmuşdu. Sonra bir anlıq düşündüm ki, bu hələ xəstədir, müalicə olunur, nə vaxt başa çatacağı da bilinmir. Necə olur, deputat Fazil Mustafa bir qrup şəxsi "sürü" adlandırmışdı, hamı ona həmlə etdi, Mehman Hüseynov isə xalqı "dovşan" adlandırır, onun üzərinə deyil, verdiyim cavaba görə mənə həmlə edirlər? Xeyir ola? Bunların hamısı sosial şəbəkədəki qruplaşmaların işidir, qaragüruhun mövqeyidir. Dovşan paltarı geyinir, xalqı "dovşan", "qorxaq" adlandırır, özü də İsveçrədən təhqir edir. Söhbət budur…"