Koronavirus hüceyrəsinin yeni görüntüləri: Təcavüzkar və “zombi” Təcavüzkar və “zombi”

30-06-2020, 09:22           
Koronavirus hüceyrəsinin yeni görüntüləri: Təcavüzkar və “zombi”
Alimlər tərəfindən koronavirus hüceyrəsinin yeni fotoşəkli hazırlanıb.

Bu barədə “Hürriyet” nəşri yazıb.

Alimlərin hazırladığı görüntü koronavirusun təxminlərdən daha təcavüzkar olduğunu və “zombi” kimi davrandığını göstərib.

San-Fransisko Universitetinin alimləri koronavirusun yeni görüntüsünü paylaşaraq, orqanizmdəki hüceyrələrə necə zərər vurduğunu göstəriblər. Virusun davranışının dünyada yaşanmış heç bir epidemiyaya bənzəmədiyini qeyd edən elm adamları yeni görüntü ilə vəziyyətin daha qorxulu ola biləcəyini iddia ediblər.

Virusa yoluxan hüceyrələrdə çıxıntıların yarandığını üzə çıxaran alimlər xəstə hüceyrələrin bu çıxıntılar vasitəsilə yayıldığını müəyyənləşdiriblər.

Mütəxəssislər virusa yoluxmuş xəstə hüceyrələrin “zombi”yə bənzədiyini vurğulayıblar.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru