Müşahidə kameraları sərnişinlərin icazəsinin olub-olmamasını necə müəyyən edəcək? – DİN-dən AÇIQLAMA

2-07-2020, 15:21           
Müşahidə kameraları sərnişinlərin icazəsinin olub-olmamasını necə müəyyən edəcək? – DİN-dən AÇIQLAMA
Bakı şəhərinin giriş və çıxışları istisna olmaqla küçə və prospektlərdə quraşdırılmış xüsusi polis postlarının iyul ayının 2-dən ləğv edilməsi ilə bağlı Daxili İşlər Nazirliyinin açıqlamasını vermişdik. Daha sonra qurum rəsmisi mətbuata açıqlama verərək nəqliyyat vasitələrini idarə edən şəxslərin icazəsinin olub-olmamasının müşahidə kameraları vasitəsilə müəyyən olunacağını bildirmişdi. İcazəsi olmayan və ya icazəsinin müddəti bitən sürücülər haqqında isə elektron protokol tərtib olunacağı qeyd olunmuşdu. Lakin açıqlamada nəqliyyat vasitələrinin içindəki sərnişinlərin icazəsinin olub-olmamasının və etibarnamə ilə avtomobili idarə edənlərin necə müəyyənləşdiriləcəyi isə göstərilməyib.
Bu məsələlərlə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Kamran Əliyevə müraciət etdik. O Yeniavaz.com-a bildirdi ki, kimin necə cərimələnəcəyinin anlamı yoxdur, hər halda, vətəndaşa qarşı qanunazidd heç bir hərəkət olmayacaq:
“Hansı formada, kim, necə cərimə olunacaq, onun nə anlamı var? Hər halda, vətəndaşa qarşı qanunazidd heç bir hərəkət olmayacaq və qanunvericilik çərçivəsində, kimsə törətdiyi əmələ görə məsuliyyətə cəlb olunacaq. Bu gün karantin rejiminin pozulması hallarının aşkarlanmasının hansı formada olmasından asılı olmayaraq hər kəs tələb olunan karantin rejiminə ciddi riayət eləsin. Qalan digər detallarla bağlı yaxın vaxtlarda, ola bilər ki, açıqlama veriləcək”.
Daxili İşlər Nazirliyinin mətbuat katibi Ehsan Zahidov isə bu barədə Yeniavaz.com-a açıqlamasında bildrdi ki, “o, bizim öz işimizdir”:
“O texniki məsələdir, onları biz özümüz bilirik necə tənzimlənir, narahat olmayın. Dünən yayılan məlumat kifayət edir. Qaydaları pozmayın, kim qaydanı pozursa, küçədə də olsa, nəqliyyat vasitəsində də olsa, müvafiq qaydada barəsində tədbir görülür. O xırdalıqları demirik, o bizim öz işimizdir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.