Kürün qurumasının daha bir fəsadı üzə çıxdı - VİDEO
2-07-2020, 19:44
Son vaxtlar Kür çayının Salyan rayonu ərazisindən keçən hissəsində suyun səviyyəsinin minimum həddən aşağı düşməsi sahilboyu quraşdırılmış su nasoslarınada öz təsirini göstərib. Bu üzdən su nasosları tam gücü ilə işləyə bilmir.
Kür çayının aşağı axınında, xüsusi ilə Salyan rayonu ərazisindən keçən hissəsində vəziyyət heç də ürəkaçan deyil. Son günlər çayda suyun səviyyəsi azalaraq elə həddə çatıb ki, Kür sanki bir sun kanalını xatırladır.
Bir tərəfdən suyun azlığı, digər tərəfdən də çayda adaların əmələ gəlməsi su nasoslarının da tam gücü ilə işləməsinə öz təsirini göstərir. Əkin sahələrinin suvarılması üçün 11082 kilometr uzunluğunda suvarma kanalından istifadə olunur.
Əkin sahələrinin vaxtında suvarılması üçün su nasoslarının əksər hissəsində yenidən təmir işləri aparılıb.
Rayonun yeni Muğan və Qarabağlı nasos stansiyalarında boruların quraşdırılmasına baxmayaraq, hündürlükdə yerləşdiyindən nasosların su götürmək qabiliyyəti daha da azalıb.
Bütün bu çətinliklərə baxmayaraq, Salyanda vəziyətdən çıxmq üçün bütün imkanlardan istifadə edilir. Qabaqlayıcı tədbirlərin görülməsi hesabına kənd təsərrüfatı bitkilərinin suvarılmasında tələb olunan suyun verilməsinə səy göstərilir.