“Azərbaycanın əmtəə bazarında böyük miqdarda qaçaqmal siqaretləri mövcuddur...”

2-07-2020, 19:46           
“Azərbaycanın əmtəə bazarında böyük miqdarda qaçaqmal siqaretləri mövcuddur...”
“Çalışırıq ki, bu təhlükəli mala insanların əlyetərliyi azalsın. Lakin siqaretin qiymətinin qalxması paralel olaraq başqa bir problem yaradır və bazara qaçaqmal siqaretlər daxil olur”

Bunu Moderator.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib. Qurum sədri siqaretin qiymətinin qalxmasının səbəblərindən danışıb:

“Azad İstehlakçılar Birliyi olaraq biz siqaretin qiymətinin qalxmasının birmənalı tərəfdarıyıq. Çalışırıq ki, bu təhlükəli mala insanların əlyetərliyi azalsın. Lakin siqaretin qiymətinin qalxması paralel olaraq başqa bir problem yaradır və bazara qaçaqmal siqaretlər daxil olur. 2017-ci ildə beynəlxalq təşkilatlar tədqiqat aparıb və Azərbaycanda qaçaqmal siqaretlərdən ölkənin büdcəsinə 20 milyon dollar zərər vurulduğu müəyyən olunub. Azərbaycanın əmtəə bazarında böyük miqdarda qaçaqmal siqaretləri mövcuddur. Ona görə bəzi ölkələrdə hökumətin qiymətin qaldırılması və aksiz siyasəti olur. Bu aksiz siyasəti isə elə formalaşır ki, qiyməti tədricən qaldırırlar. Hazırda bizdə siqaretin qiymətin qaldırılması aksiz siyasəti ilə bağlı deyil. Aksiz siyasəti olan ölkələrdə yerli siqaret istehsalçıları işi elə qururlar ki, yerli bazara qaçaqmal siqaretlərinin daxil olması minimuma enir. Siqaretin qiymətinin qalxmasıyla bağlı bizə bu gün bir neçə telefon zəngi olub”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru