190 manatın veriləcəyi tarix açıqlandı

4-07-2020, 00:02           
190 manatın veriləcəyi tarix açıqlandı
Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda qeydiyyatda olanların iyun ayı üçün 190 manat birdəfəlik ödənişlərinin yaxın 2-3 gündə verilməsinə başlanacaq.

Teref.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Prezidentinin köməkçisi Şahmar Mövsümov bildirib.

Ş.Mövsümov qeyd edib ki, yoluxma riskinin minimuma endirilməsi üçün ödənişlərin mərhələli şəkildə həyata keçirilməsi planlaşdırılır:

"Həmçinin, Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki qeydiyyatında olanlar üçün də 190 manatlıq birdəfəlik yardımların verilməsi müzakirə edilir. Yaxın zamanda bunula bağlı müzakirələrin nəticəsi məlum olacaq".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.