Neft Fondunun şəffaflığı artmaq əvəzinə azalır.

4-07-2020, 11:07           
Neft Fondunun şəffaflığı artmaq əvəzinə azalır.
Bu günlər də SOCAR da 2019-cu ilin yekunlarını xarakterizə edən hesabatını açıqladı, Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) isə hələ də ötən ilin hesabatını dərc etməyib. Ötən ildən 6 aydan çox vaxt keçməsinə baxmayaraq, ARDNF-nun 2019-cu il üçün fəaliyyətini xarakterizə edən hesabatı nədən açıqlamayıb.
Teref.az yazır ki, iqtisadçı alim Qubad İbad oğlu məqaləsini belə başlayıb. Daha sonra yazır:
Baxmayaraq ki, ARDNF-nin Müşahidə Şurası 2019-cu ildə maliyyə fəaliyyəti haqqında müstəqil auditorun rəyini nəzərə almaqla, ötən ildə fəaliyyəti barədə illik hesabatını məqbul hesab edib.Bəs, görəsən niyə açıqlamırlar?
Əvvəllər SOCAR-ın hesabatı gec dərc olunardı, indi də isə ARDNF-nin hesabatı gecikir. Ümumiyyətlə, ARDNF-yə yeni icracı direktor təyin olunandan sonra əvvəl açıqlanan bəzi məlumatlar da gizlədilir. Məsələn, əvvəllər AÇG yatağı və Şahdəniz üzrə gəlirlər daxil olan ildən indiyə qədərki dövrü əhatə etməklə açıqlanardı. Bu ildən həmin məlumat yalnız ilin əvvəlindən indiyə qədərki dövr üzrə dərc olunur. Əvvəllər bu məlumat hər ayın ilk 3 günündə açıqlanardı. İndi isə ayın 4-dür, amma məlumat saytda yerləşdirilməyib. Neft Fondunun şəffaflığı artmaq əvəzinə azalır.
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru