Dövlət Turizm Agentliyi: Karantin rejiminin bitdiyi günün səhərisi Azərbaycanda turizm bərpa oluna bilər

6-07-2020, 00:02           
Dövlət Turizm Agentliyi:
Dünyada pandemiyadan ən çox ziyan çəkən sahələrdən biri də turizm sahəsidir.

Trend-in məlumatına görə, Dövlət Turizm Agentliyinin şöbə müdiri Kənan Quluzadə "PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah" adlı video layihəsinə açıqlamasında bildirib ki, pandemiya dövründə turizm sahəsinin dəstəyə ehtiyacı var və Azərbaycanda ölkə rəhbərliyi bununla bağlı artıq göstərişlər verib:

"Struktur baxımından götürsək Azərbaycan turizminin bərpa edlilməsi karantin bitdikdən sonra mümkündür. Karantin rejiminin bitdiyi günün səhərisi Azərbaycan turizmi bərpa oluna bilər, yəni yeni turzm mövsümü açıla bilər".

Onun sözlərinə görə, əslində, turizm sahəsi bundan öncədə bu tipli olmasa da, böhran dövrlərini yaşayıb. Amma hər dəfə özünü bərpa etməyi bacaran sahədir. Cənab Prezidentin də vurğuladığı kimi indiki məqamda turizmə dəstək olmaq lazımdır ki, bu sahə özünü bərpa edib, inkişaf etsin:

"Biz mütəmadi olaraq Azərbaycanda turizmə olan diqqət və qayğı barəsində Dünya Turizm Təşkilatına məlumatlar veririk. Ölkəmizdə bu sahəyə diqqət və qayğı yüksək səviyyədədir".

"PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah" adlı video layihəsinin tam versiyasını sizə təqdim edirik:












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.