Beyrut partlayışı ilə bağlı şok məqam: Qaynaqçı dindirildi

30-08-2020, 11:15           
Beyrut partlayışı ilə bağlı şok məqam: Qaynaqçı dindirildi
Livan Hərbi Prokurorluğu partlayış günü Beyrut dəniz limanında işləyən qaynaqçılardan birini dindirib.

Axar.az xəbər verir ki, Livan müstəntiqləri onun ekstremist qruplarla əlaqəli ola biləcəyindən şübhələnirlər.

Şübhəlinin avqustun 1-də limanda işə düzəldiyi müəyyənləşdirilib. O, daha öncə heç vaxt qaynaqçı işləməyib, öz ixtisası üzrə lazımi bacarıqları isə Yutubdan əldə edib.

İstintaq komissiyasının yekun rəyi iki ay ərzində hazır olacaq.

Qeyd edək ki, Beyrutda rəsmi açıqlamalara görə, anbarda saxlanılan tonlarla ammonium nitratın partlaması nəticəsində 170-dən çox insan həlak olmuş, 6 minə yaxın insan isə yaralanmışdı.

Partlayış nəticəsində demək olar ki, şəhərin yarısı dağılmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru