Rus analitiki: Kürəsəl güclər prezident Vladimir Putini devirmək planlarını gerçəkləşdirir – Təhlil

22-01-2016, 21:32           
Rus analitiki: Kürəsəl güclər prezident Vladimir Putini devirmək planlarını gerçəkləşdirir – Təhlil
Ukrayna, daha doğrusu 2008-ci il Gürcüstan böhranından sonra Rusiyada baş verən siyasi-iqtisadi proseslər dünyanın bütün analitiklərinin sürəkli diqqət mərkəzindədir. Strateq.az-ın oxucularına təqdim etdiyimiz sıradakı analiz məhz içdən, həm də, necə deyərlər, “Putinyönlü baxış” kimi maraq doğurur.
Havadan yenə də libearl çaxnaşmanın iyi gəlir, ürəyimə damıb ki, rejim 1991-ci ildəki kimi iflasa uğrayacaq. Mümkün dəyişimlərin müjdəçisi təkcə virtual informasiya nişanələri deyil, həm də daxili siyasi və beynəlxalq gerçəkliklərdir. Sistemli liberallarn səsi KİV-də getdikcə daha da inamla səslənir. Prezidentin yaxın keçmişdə nazirlərdən və digər rəhbərlərdən olan cığırdaşlarının səsləri daha az çıxır. Hətta 2015-ci ilin final reytinqində Putindən sonra ikinci yerə çıxmış parlaq Sergey Lavrov yeni ildə KİV-dən yayınmağa başlayıb. Kremlin dünənki həris məddahları “kölgəyə çəkilir” və yaxud başqa siyasi mövqe tuturlar. Keçid dövründə “kollektiv” Qərbi tamamilə qane edən ölkə hökuməti başçısının siması hiss olunacaq tezliklə televiziya ekranlarında gözə dəyir. İnformasiya generalları hiyləgər söz və əməllərlə hakimiyyətdə və ya müxalifətdə daldalanmış, lakin Kreml sahibinin dəyişdirilməsi üzrə vahid planla hərəkət edən sistemli liberallara gərəkli işarələr verir.
Prezidentin hökumət strukturlarındakı tərəfdarları getdikcə onun qərar və addımlarını anlamırlar. İqtisadiyyatı zəruri maliyyə kütləsindən məhrum edən, iqtisadiyyatın real sektorunu kreditləşdirməyə mane olan, inflyasiya doğuran, rublun dəyərsizləşməsini törədən, Qərb sanksiyalarının neqativ nəticələrinin artmasına yardım edən Mərkəzi Bankın rəhbərliyini necə dəstəkləmək olar? İlin lap əvvəlində büdcənin ölü elan edilməsiylə niyə razılaşırlar? Büdcənin daha effektli şəkildə doldurulması naminə sanki bütün xəzinə qurumlarını konsolidasiya etmək düzgün qərardır, lakin dövləti fəaliyyətin bu mühüm istiqamətini maliyyə-iqtisadi fəaliyyəti ölkəni davamlı böhrana gətirib çıxarmış maliyyə nazirliyinin iltizamına necə vermək olar? Bircə o qalır ki, bu monstrın rəhbərliyinə “dünyanın ən yaxşı naziri” Aleksey Kudrini təyin edəsən və onda idxalatın əvəzlənməsi, iqtisadiyyatın modernləşdirilməsi innovsiyalarını birdəfəlik yaddan çıxartmaq olar. Sanki Moskvadan ən uzaq kəndlərdəki sıravi seçicilər şübhə etmirlər ki, icra hakimiyyəti təkcə səriştəsiz, tamahgir və məsuliyyətsiz deyil, həm də böhranın aradan qaldırılması üzrə tədbirləri açıqca əngəlləyir və sarsıdır. Lakin ölkə prezidenti həsəd aparılası inadkarlıqla nədənsə başqa cür düşünməkdədir və misli görünməmiş reytinqi ilə ölkədə qeyri-populyar hökumətin fəaliyyətini ört-basdır edir.
“Prezident Rusiyası” ölkənin keçmiş və indiki səlahiyətlilərinin dövlətə qara yaxmaq cəhdində növbəyə durduğu Qaydar forumunda biriklənmiş hücuma məruz qaldı. Ən kəskin sima “Sberbank”ın başçısı, “sıfırlı” illərdə Rusiya iqtisaiyyatının mənbəyində durmuş German Qref çıxdı. O, Rusiyanı “daunşifter” adlandırdı ki, əslində, “inək ölkə” deməkdir. Əgər əsil vətəni deyilsə, Rusiyanın istənilən vətəndaşından bu cür sözləri eşitmək çox xoş olmasa da, bu, əslində, həqiqətdir. Dünyada daha kim Rusiyaya ölüvay inək kimi yanaşmır – onu “sağır” və ərinməyənlər hər şeyini “sümürür” və eyni zamanda ləyaqətsiz adlar qoyurlar.
Rusiyanın fasiləsiz şəkildə üzə çıxan indiki impotensiyası təkcə son otuz ilin indiki qarışıq dönəminin rəmzi deyil, həm də yadellilərin və kobud hökmdarların tez-tez alət kimi çıxış etdiyi, əslində isə öz dövlətinə və xalqına xidmət etməkdənsə xarici idarəçiliyin oyuncağı olduğu minillik tarixin dədə-baba nişanəsidir. Bu gün yalnız o dəyişilib ki, xaricdən yönəldilən aparata adi top-menecer qismində düşən indiki prezident ölkəni özü “yönəltmək” niyyətindədir. Zamanında Qəzzafi, Miloşeviç, Hüseyn və başqalarının başına gətirilən kimi onu da nümunəvi şəkildə cəzalandıracaq “bu dünyanın güclüləri”nin gözündə arzuolunmaza çevrildikdən sonra siyasi praktikasında xalqın maraqlarını nəzər almağa borcludur. Lakin gah nala, gah mıxa vurmaq, gah da iki addım irəli tullanmaq siyasəti tarixi zaman nöqtəsindən qaçılmaz şəkildə uğursuzluq və iflasa məhkumdur. İndiki prezident idarəçiliyi üçün hakimiyyətin sadəcə bir göz qırpımında buxarlanacağı, barmaqların arasından qum dənəcikləri kimi axacağı zaman həddi yetişib. Ona görə də Kremlin indiki bəsit və yadelli opponentlərinin plan və fəaliyyətindən asılı olmayaraq onun sahibinin hakimiyyyətdən gedişi tarixi zamanla irəlicədən müəyyən olunub. Tarixi zaman kürəsəl bölgü niyyətində olub işini başa çatdırmayanlara, həmfikirlərindən vahid komanda yaratmayanlara, onu xalqın əksəriyyəti ilə əlaqələndirməyənlərə, alaçiy hərəkət edənlərə, məqsədə çatmaqda zəruri xarakter və iradə bəlirləməyənlərə qarşı amansızdır.
Təhdid edilən dünya
İnsanlıq öz inkişafında təhdid edildiyi dövrə bu gün daxil olmayıb. Kürəsəl geoloji silsilələrin başlanmış əvəzlənməsi dünyanın coğrafi mənzərəsini köklü şəkildə dəyişmək təhlükəsi doğurur. Təbii fəlakətlərin çoxalması (təbii-iqlim anomaliyaları, zəlzələlər, qasırğalar və s.) insanın saldığı süni məskunlaşma mühiti üçün güclü təhlükə təşkil edir. Texnogen fəlakətlər beynəlxalq həyatın daimi yol yoldaşı olub. Eyni zamanda müasir dövrün əhalinin sürətli artımı ilə ehtiyatların istehlakı arasındakı əsas həlledilməz ziddiyyəti kəskinləşir. Bundan başqa, dünya bu gün altı yeni texnololji sistem (bio-, koqno-, nano-, info- və s.) çərçivəsində liderlik, dünyanın aparıcı ölkələri arasında maddi və əmək ehtyatlarına çıxış uğrunda qəddar geopolitik qarşıdurmanın şahididir. Artıq kürəsəl güclərin (Rokfellerlər, Rotşildlər və b.) əsil planları şübhə doğurmur. Yeni dünya düzəninin əsaslarının yaradılması üçün dünyada ortaq şəkildə ilkin şərtlər formalaşdırılır – bu, ümumdünya xaosunun törədilməsi, milli sərhədlərin silinməsi, əhalinin radikal şəkildə azaldılması və robotlaşdırılması, siyasi elitaların məhvidir. Rusiya vətəndaşları da planetin “artıq” adamları siyahısına düşüblər. Yeni dünya memarlarının hesab etdiyi kimi, buna görə də gələcəkləri ola bilməz və ən azı, dünyanın “əsas xəzinəsi” – Sibir ərazisi və Uzaq Şərqlə vidalaşmalıdırlar. Rusiya elitaları, o cümlədən liberal zümrələr də məhkum olunub.
Görünür, Kremlin geopolitik opponentləri Rusiyaya münasibətdə axıradək getmək və Rusiya prezidentini istənilən qiymətə hakimiyyətdən uzaqlaşdırmağı qət ediblər. Rusiya və onun liderinə qarşı fitnəkar hərəkətlər axına buraxılıb – Türkiyənin vurduğu Rusiya təyyarəsindən nadinc Ukraynanın bütün bəla və bədbəxtliklərinədək. Mövcud ssenarilərə görə, kürəsəl ağalıq planlarının gerçəkləşməsi üçün ehtiyacsız ərazi kimi xüsusi maraq doğuran Rusiyada Qərbə əlverişsiz hakim rejimi dəyişdirmək kifayətdir. Eyni zamanda bu, baş tutmasa, Rusiya daxildən partladıla, parçalana və nəzarət altına götürülə bilər.
Etiraf etmək lazımdır ki, qibtə edilməyəsi bu cür aqibət təkcə Rusiyaya hazırlanmayıb. Görünür, Türkiyənin hüdudlrı qısalsa və yaxud bu ölkə ümumiyyətlə, dünyanın xəritəsindən yox olsa, heç kim dilxor olmayacaq. Avropa Birliyinin geopolitik perspektivləri getdikcə azalır. Çinin geopolitik, maliyyə və ticari-iqtisai ambisyalarını cilovlamaq və önləmək üçün addımlar atılır. Elə Amerikanın da sonrakı taleyi qeyri-müəyyəndir. Proqnozlar var ki, ABŞ-ın səhmdarları qapalı səhmdar cəmiyyət kimi onu sadəcə bağlayacaq və yeni kürəsəl ağalıq bazalarını başqa bir coğrafi məkanda açacaqlar. Yeri gəlmişkən deyək ki, ABŞ-ın potensial “hüquqi varisləri” sırasında müasir Rusiyanın da adını çəkirlər. Ölkəmizin nəhəng təbii resursları, böyük kommunikasiya imkanları, xeyli demoqrafik potensialı var. Prezident hakimiyyətinin suverenlik, təhlükəsizlik və RF-nın ərazi bütövlüyünün möhkəmləndirilməsi üzrə addımlar atmasına baxmayaraq, bu ehtiyacsız ərazinin nəzarətə götürülməsi və ölkənin demoqarfiyaca yenidən yüklənməsi artıq çoxdan fəal şəkildə baş verir.
Nə etməli?
Vladimir Putinin hakimiyyətdən uzaqlaşdırılması sadəcə iqtidarın əvəzlənməsi deyil. Belə bir şey baş versə – fərq etməz, “saray” çevrilişi və yaxud Qərbyönlü güclərin təşkil etdiyi “küçə inqilabı” nəticəsində – Rusiya daha bir sosial sarsıntıdan keçə bilməz və hərc-mərcliyə qərq olar. Rusiyanın dağılması fonunda SSRİ-nin çöküşü və məhvi ilə bağlı geotarixi fəlakət “muştuluq” görünəcək. Qurunun altıda bir hissəsində hamının hamıya qarşı münaqişəsi həmin “giləmeyvələr” olacaq. Bu durumda hətta “qəvi dostlarımız” da çətin ki təşəbbüsü ələ alıb kürəsəl ağalıq planlarını gerçəkləşdirmək üçün qurunun yeddidə birində hakimiyyəti nəzarətə götürə bilərlər. Bu gün Rusiyada daxili siyasi durum ağırlaşdıqca Rusiyanın bütün xalqları üçün fəlakətli ssenarilərin gerçəkləşməsi ehtmalı daha ağlabatan görünür ki, bu da yaranmış durumdan çıxış yolu axtarmağa təhrik etməyə bilməz. Bu arada, fəaliyyətdə olan prezidentə dəstək üçün az adam çıxış edir.
Nəticədə laqeydlik, ümidsizlik, inciklik ölkənin daha çox vətəndaşını və birinci növbədə prezidentin ardıcıl tərəfdarlarını bürüyür. Onlar hələlik ətalət üzrə onunladırlar. Lakin prezident hakimiyyəti indiki böhranlı durumda ağılsızcasına itirilmiş vaxtın, ölkədə durumu yaxşılığa dəyişmək baxımından patoloji qabiliyyətsizliyin girovuna çevrilib.
Mütəxəssislərin hesab etdiyi kimi, hər şeydən görünür ki, prezidentin özü də “avar çəkmək”dən olduqca yorulub. Laqeydlik onu daha tez-tez tutur, tənhalıq, təcrid və çıxılmazlıq və “kollektiv” Qərbdən aman gözləməyin faydasızlığı haqda düşüncələr onu sıxır. Prezidentimiz bu gün hər cür sonluğa hazır olsa da, Qəzzafi, Hüseyn və digərlərinin aqibəti istənilən xoşagəlməz rəhbəri həyəcanlandırmaya bilməz.
Həsəd etməli vəziyyət deyil! Kömək etmək istəyirsən, lakin o öz siyasətində ona quyu qazanlara güvənirsə, necə! Bu gün keçmiş ruh yüksəkliyini və kütlələrin dəstəyini qaytarmaq olarmı? Olar, lakin hakimiyyətin sadə və aydın addımları lazımdır.
Böyük siyasətdə qalmaq üçün tarix indiki prezidentə başqa bir nadir şans verir və onu əldən buraxmaq lazım deyil – bu həm onun özünün, həm də, ən başlıcası, Rusiya xalqının marağındadır. Onun yerüzünə enməyi, fiqurlarını “bu dünyanın güclüləri”nin hərəkətləndirdiyi geopolitik şahmat lövhəsindən düşməyi və əyləşib öz oyununu sınamağı lazımdır.
Fyodor Paşin
REGNUM İA, 21.01.2016












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.