Hazırda Avropda koronavirusun yeni növü tüğyan edir - Alimlərin rəyi

31-10-2020, 02:12           
Hazırda Avropda koronavirusun yeni növü tüğyan edir - Alimlərin rəyi
Koronavirus mutasiyaya uğrayıb, bunun nəticəsində bütün Avropada onun yeni ştammı yayılıb. Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, belə bir rəy İspaniya və İsveçrə alimlərinin birgə araşdırmasından sonra ictimaiyyətə açıqlanıb.

Ekspertlərin fikrincə, Böyük Britaniyadakı koronaviruslu xəstələrin 80%-i, İrlandiyadakıların 60%-i, Fransanın 40%-i məhz yeni ştammla yoluxub.

Avropalı elm adamları virusun yeni növünə “20А.EU1” adını veriblər. Araşdırmaçılar bədnam zərrəciyin genetik strukturunda klassik “Sars-Cov-2” dakından fərqli 6 xüsusiyyət aşkar ediblər.

Professor Tana Ştalderin sözlərinə görə yeni ştamm İspaniyada törəyib. İspan genetiki İnyaki Komas isə hər şeyin hansısa kütləvi bir tədbirdən sonra başladığını, burada bir neçə “superyayıcı”nın peyda olduğunu bildirib.

İspaniyalı alim burada ölkəyə gələn turistlərin rol oynaya biləcəyi ehtiamalını dilə gətirib. Virusun yeni mutasiyasının xəstəliyin keçməsi və müddəti baxımından əvvəlki “versiyasından” daha təhlükəli olduğu məlum olub.

“Koronavirusun bu cür dəyişik forması hələ qarşımıza çıxmamışdı. Üstəlik mutasiyanın onun yayılma sürəti və hansı nəticələrə səbəb olacağı barədə də dəqiq informasiyamız yoxdur”, - deyə İsveçrənin Bazel universitetindən elmi qrupun rəhbəri Emma Hodkroft bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru